
Xəyanətin qurbanı Fətəli xan
“II İraklinin məni zəhərləyəcəyini bilə-bilə xəbərdar etmədilər”
“II İraklinin məni zəhərləyəcəyini bilə-bilə xəbərdar etmədilər”
ABŞ və İsrail dağ yəhudilərinin mədəniyyətini nümayiş etdirmək üçün birgə layihəyə başlayır
Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Qubada anım mərasimi və konfrans keçiriləcək
“Gənc biznesmenlər” layihəsinin ilk təlimi Qubada keçirilib
“Moskva ilə bir milyon dollarlıq müqaviləmiz var”
Hotel qiymətləri bölgələrdə niyə bahadır?
Azərbaycanlı uşaqlar məktəblərdə niyə donur?
«Qışda lap çətin olur, heyvan palçığa batıb qalır...»
1980-ci ildə qazılan quyudan...
Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...
Video sürətli olduğunundan seyricidə başgicəllənməsi yaranır, amma gözəllikdən gözünü çəkmək olmur
Qubada 1 şam yeməyinin xərcinə Kobuletidə 2 gün bəs deyənə qədər yeyib-içmək olar
Azyaşlı 3 gün ac-susuz qalıb
«Dövlət agentliyindən məktubumuza qəliz və qeyri-konkret cavab gəldi, oxuyub heç nə başa düşmədik»
Allahın ümidinə qalan Qonaqkənd
Prezidentinin köməkçisi Əli Həsənov kompleksin xatirə kitabına ürək sözlərini yazıb
«Bildiyiniz kimi, Quba şəhərindəki «Soyqırımı memorial kompleksi» 1918-ci ildə erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımı nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə yaradılmış abidədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il dekabrın 30-da imzaladığı Sərəncama müvafiq olaraq Heydər Əliyev Fondu tərəfindən yaradılmış kompleks ən müasir standartlara cavab verir və öz möhtəşəmliyi ilə seçilir. Abidə-muzeydə mövcud olan şərait və tarixi sənədlər, faktlar və ekspozisiyalar həmin dövrdə erməni millətçilərinin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər barədə məlumat əldə edilməsi və bütün bunların dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlar yaradır».
Bunu APA-ya açıqlamasında Quba «Soyqırımı memorial kompleksi»nin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün yaradılan Komissiyanın sədri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov deyib.
«Təəssüf ki, son zamanlar kompleksin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunur. Məlum olduğu kimi, Cənab Prezident kompleksin mövcud vəziyyətinin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə tapşırıq verib. Tapşırığa uyğun olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən «Quba şəhərində «Soyqırımı memorial kompleksi» ilə bağlı bəzi məsələlər haqqında» sərəncam imzalanıb və aidiyyəti orqanların nümayəndələrindən, həmçinin mütəxəssislərdən ibarət komissiya yaradılıb.
Bu gün kompleksin məzarlıq hissəsində insan sümüklərinə və sürüşmə hallarının aktivləşdiyi ərazilərə baxıldı. Daha sonra isə Quba Rayon İcra Hakimiyyətində keçirilən iclasda mövcud vəziyyətlə bağlı müzakirələr aparıldı və artıq problemin aradan qaldırılması ilə bağlı ilkin təkliflər də var. Yaxın zamanlarda daxil olan təkliflər öyrəniləcək və sistemləşdirilərək Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək», - deyə Ə. Həsənov bildirib.
Qeyd edək ki, Quba şəhərində «Soyqırımı memorial kompleksi»nin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün yaradılmış komissiya bu gün kompleksin məzarlıq hissəsində insan sümüklərinə və sürüşmə hallarının aktivləşdiyi ərazilərə baxış keçirib və müvafiq müzakirələr aparıb.