vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
CƏMİYYƏT  
13:20 | 17 yanvar 2014 | Cümə Məqaləyə 2715 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Unikal optik nişangah

Günün istənilən vaxtı hədəfləri müəyyən edən qurğu qumbaraatanlara əlavə yeni imkanlar yaradır

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Optika-Mexanika İstehsalat Birliyi tərəfindən RPQ-7V3 əl qumbaraatanları üçün unikal optik nişangah hazırlanıb. Bu nişangah öz analoqlarından universallığı ilə fərqlənir. Azərbaycan istehsalı olan optik nişangah həm gündüz, həm də gecə vaxtı dəqiq tuşlama və atışlar aparmağa imkan verir.

Yeni nişangah qumbaraatanın QON tipli optik nişangahı və A-100 monokulyar gecəgörmə cihazının birləşməsindən ibarətdir. Sistemə daxil olan A-100 elektrooptik cihazı gecə vaxtı ətrafdakı əşyalardan ulduzların və ay işığının əks olunmuş şüalarını qəbul edib, onu gücləndirərək ətraf cisimlərin görünməsini təmin edir. Heç bir işıqlanma olmadığı halda infraqırmızı şüalarla işləyə bilir.
Cihazın digər özəlliyi isə ondan ibarətdir ki, istifadəçinin gözü gözlükdən uzaqlaşdıqda optikanın gözlüyünün qoruyucu qapaqları avtomatik olaraq bağlanır. Cihazdan ətrafa heç bir şüa (hətta infraqırmızı şüa) yayılmır. İstifadəçi gözünü gözlüyə yaxınlaşdırdıqda isə qoruyucu qapaq açılır və məmulat təkrar istifadəyə hazır olur.
Artıq optik nişangah Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasına qəbul olunub.