vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
23:43 | 13 sentyabr 2017 | Çərşənbə Məqaləyə 3402 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Birinci qayğıkeş xanım

Yaralı zabitin müalicə xərclərini dövlət ödəyəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musəvinin müalicəsi ilə bağlı yeni xəbər var.

Bu barədə ehtiyatda olan zabit özü məlumat verib. Kamil Musəvinin sözlərinə görə, səhhətində yaranan problemlərlə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edilib.

«Bir müddət idi ki, ayağımda və başımda ciddi ağrılar başlamışdı. Ciddi müayinəyə və müalicəyə ehtiyacım yaranmışdı. Mehriban xanıma müraciət etdik. Dərhal da müsbət cavab aldıq. Artıq Mehriban xanım Əliyevanın tapşırığı ilə müayinə olunmaq üçün Bakıya dəvət olunmuşam. Bizə dedilər ki, ailəmlə qalmaq üçün bizə şəhərdə mənzil də veriləcək. Yaxın zamanda bizim görüşümüz olmalıdır», deyə Kamil Musəvi bildirib.

Ehtiyatda olan yaralı zabit göstərilən diqqətə görə həm birinci vitse-prezident Mehriban Əliyevaya və sadə vətəndaşlara öz minnətdarlığını bildirib.

Xatırladaq ki, Kamil Musəvi 2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və ayağını itirib. Yaralı zabit evlidir. İki övladı var.