«Yaxşı ki, indi onlar yoxdur»
Əli Həsənov: «Cəmiyyətə heç nə verməyəcək insanları tez-tez efirə çıxarmağın heç bir faydası yoxdur»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Tanınmış şərhçi AzTV-də
Dövlət televiziyasında yeni siyasi veriliş gözlənilir
-
““Lider”in eyforiyası”
Əli Həsənov radikal müxalifətə niyə hücum edir?
-
İlham Əliyev dövlətçiliyin keşiyində, ...
... antimilli qruplar isə hakimiyyət eşqində
-
“Yalan və saxtadır!”
Prezidentin köməkçisi İlham Əliyev haqqındakı iddiaları təkzib etdi
-
Əli Həsənov üçün xüsusi tarix - 10 MART
Prezidentin köməkçisi 59 yaşını tamamladı
-
“Məişət zəminində yaşanan hər hansı insident...”
Əli Həsənov azərbaycanlılarla çeçenlərin davası haqda ...
-
Prezidentin köməkçisindən çağırış
Əli Həsənov: “Könüllülük fəaliyyəti Azərbaycan gəncləri üçün əlverişli imkanlar yaradır”
-
AzTV dezinfeksiya olunacaq
Kotirovka sorğusu elan edilib
-
AzTV-də Bədii Şura yaradıldı
Qurum 3 kanala nəzarət edəcək
-
Məşhur rejissora yüksək vəzifə
Ramiz Həsənoğlu AzTV-də direktor təyin olundu
-
AzTV-də islahatlar
İki büro bağlandı, ikisinin isə təmsilçisi geri çağırılıb qovuldu
-
Eks-nazirin adamı “vuruldu”
AzTV-də təmizləmələr başladı
-
“Son 15 il tarixi uğurlarla yadda qalıb”
Ə.Həsənov: “Azərbaycan dünyanın enerji xəritəsini dəyişib”
-
Tarixin ən vacib mərhələsində siyasət meydanına çıxan şəxsiyyət
“Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib
-
“Dini etiqad hər kəsin şəxsi işidir”
Əli Həsənov: “Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”
-
“Özünü Avropadakı “iaşə müxalifəti lideri” kimi tanıtmış...”
Prezidentin köməkçisindən sərt sözlər
«Son zamanlar Azərbaycan ədəbi dilinin normalarının pozulması tendensiya halı alıb». APA xəbər verir ki, bunu «Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu» mövzusunda konfransda yekun nitqlə çıxış edən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, konfransda faydalı müzakirə aparılıb: «Bütün sahələr üzrə əsas vəzifələrimiz, hədəflərimiz ortaya qoyuldu. Mən tamamilə razıyam ki, bu, tək KİV-in məsələsi deyil. Gündəmdə Azərbaycan dilinin saflığı məsələsi durursa, valideyndən, dayədən tutmuş, orta və ali məktəblər də daxil olmaqla, QHT və KİV-in də öz rolu var. Söhbət 3-5 aparıcıdan getmir. Aparıcı ora gələnə qədər hansı mərhələləri keçir? Hər kəs anlamalıdır ki, Azərbaycan dilini yaşatmaq üçün bir çoğrafi ərazi var, o da bu ərazidir. Azərbaycan dilini yaşada biləcək bir toplum var, o da Azərbaycanda və xaricdə yaşayan azərbaycanlılardır. Hər kəs bu məsələyə məsuliyyətlə yanaşmalıdır. Aparıcılar dilimizi yaxşı bilməklə yanaşı, niyə gözəl fiziki göstəriciləri də olmasın?! Yaxşı olar ki, aparıcılar həm də zəngin intellektə malik olsunlar».
Prezidentin köməkçisi qeyd edib ki, son 10 ildə telekanallarda süni reytinqə qaçmaq, kənar saxta sorğular da müəyyən problemlər yaradıb: «İlk növbədə KİV və telekanal rəhbərləri bilməlidirlər ki, onlar cəmiyyətə nümunə təqdim edirlər. Azərbaycan cəmiyyətinə heç nə verməyəcək insanları tez-tez efirə çıxarmağın heç bir faydası yoxdur».
Ə.Həsənov televiziyaların tərkibində akademiyalar yaradılmasını vacib sayıb: «AzTV-də, İctimai Televiziyada Azərbaycan dili ilə bağlı maarifləndirici verilişlər olmalıdır. Nuşirəvan Məhərrəmli bu məsələni son illər tez-tez qaldırır, monitorinqlər keçirir. Bu da bəzilərinin xoşuna gəlmir. Bir telekanalın rəhbəri MTRŞ sədrinə yazmışdı ki, milli-mənəvi dəyərlərin nə olduğunu yazın, altına imza qoyub, mənə göndərin. Yaxşı ki, indi o telekanal yoxdur. Arif Rəhimzadə Moskvada açıqlama vermişdi, identifikasiya aparmışdı ki, türk dili və Azərbaycan dili fərqlidir. O başqa məsələdir ki, Azərbaycan dili türk dili qrupuna daxildir. Lakin bu məsələni Türkiyə əleyhinə məsələ kimi qabardaraq, Arif Rəhimzadə bu sözünə görə bir telekanalda bir aparıcı tərəfindən tənqid olundu. Yaxşı ki, indi o aparıcı və o telekanalın rəhbəri yoxdur».
Ə.Həsənov deyib ki, bir neçə il əvvəl Azərbaycanda Türkiyə seriallarının verilməsi dayandırılıb: «Türkiyə serialları dilimizi sıxışdırırdı. Bizim dilimiz üçün əsas təhlükə nədir? Bəzi dairələr kampaniyaya başlamışdı ki, Azərbaycanda Türkiyə türkcəsinə qadağa qoyulub. Ancaq bir məqamı nəzərə salmaq lazımdır. Ukrayna dili üçün türk dili təhlükə deyil, rus dili təhlükədir. Türkiyə də Azərbaycana qardaş, müttəfiq dövlətdir. Ancaq qazaxın qazax, özbəkin özbək dili varsa, niyə Azərbaycan dili yaşamasın? Niyə bu dili məhv etməliyik? Türkiyə də bu məsələdə bizi başa düşdü. Türkiyə telekanalları da Azərbaycanda yayımlanır, kim istəyir, baxsın. Hər birimiz Azərbaycan dilini qorumalıyıq».