
Tanınmış şərhçi AzTV-də
Dövlət televiziyasında yeni siyasi veriliş gözlənilir
Dövlət televiziyasında yeni siyasi veriliş gözlənilir
Kotirovka sorğusu elan edilib
Qurum 3 kanala nəzarət edəcək
Ramiz Həsənoğlu AzTV-də direktor təyin olundu
İki büro bağlandı, ikisinin isə təmsilçisi geri çağırılıb qovuldu
AzTV-də təmizləmələr başladı
Nağaraxana kəndindən başlayan Az.TV sədri Arif Alışanova sui-qəsd əhvalatı
Az.TV sədrini vurub dərəyə aşırmaq, bu da baş tutmayanda güllələmək planı...
Əli Həsənov: «Cəmiyyətə heç nə verməyəcək insanları tez-tez efirə çıxarmağın heç bir faydası yoxdur»
Onlarla diaspora təşkilatı Arif Alışanova müraciət hazırlayır
Ukrayna azərbaycanlılarını Arif Alışanovu Kiyevə dəvət etməyə məcbur etdi
Ukrayna azərbaycanlıları AzTV sədrinə müraciət etdilər
Qulu Məhərrəmli: ««Mətbuat aynasında» adlı verilişimiz yaxın zamanlarda efirə çıxacaq»
Mübariz Əsgərov: «Öz aramızdır, mənim də, sadiq...»
Millətin bu günündə Qulu Məhərrəmlini tut(dur)maq istəyənlər kiminlə həmrəydir?
Qulu Məhərrəmlinin çıxışları AzTV rəhbərliyini «alışdırıb»
Səhər günəş pəncərədən içəri şüalarını səpmişdi. Bu gün maraqlı bir görüşüm var. Azərbaycan Televiziyasının tanınan siması, diktor, ssenarist, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti Rafiq Həşimovla Aztv-də görüşməliyəm.
Rafiq müəllim tanıdığım ən punktual adamlardan biridir. 10:30. Stanislav Qovoruxin demiş: “Görüş yerini dəyişmək olmaz!” Mən özüm də dəqiqliyi sevən adamam. 10:20. Mən artıq ana televiziyamızın dəhlizindəyəm. Baxmayaraq ki, bazar günüdür, Rafiq müəllim kabinetində iş başındadır. Masasının üzərində qeydlər, kitablar, müxtəlif əşyalar var. Kitab o qədər çoxdur ki, şkaf rəflərini öz ağuşuna alıb. Görkəmli kinorejissor Andrey Tarkovskiyə və görkəmli bəstəkar Ennio Marrikoneyə həsr edilən kitablar şüşəli rəfdən mənə boylanır. Rafiq Həşimov məni kabinetinin qapısında görən kimi dərhal təbəssüm çöhrəsinə qonur, kreslosundan qalxaraq mənə yaxınlaşır, görüşürük.
Qeyd edim ki, “Şəxsi əşyalar” verilişinin növbəti qonağı, uşaqlıqdan mavi ekranda, “Günün ekranı”, “Xəbərlər” proqramının xüsusi buraxılışında, özünəməxsus səs tembri və diksiyası ilə milyonların qarşısına çıxan, sevimli diktor Rafiq Həşimovdur. Biz onunla çox gözəl bir veriliş çəkmişik, montaj prosesinə yaxın günlər ərzində start verəcəyik. 40 illik təcrübəsi olan, Aztv-də ən faydalı müəllif layihəsini reallaşdırmış, 60 yaşın iki addımlığında zəngin mənəviyyat və qürurla dayanan, dəyərli Rafiq Həşimovla müsahibə etmək sizə asan gəlməsin.
Peşəkarlıq var, təcrübə var, məktəb var, dünyagörüşü var, intellektuallıq var. Çətindir əlbəttə. Ancaq bu müsahibə mənə elə gəlir ki, alınıb. Özü də çox maraqlı fikir mübadiləsi aparmışıq. Veriliş cəmiyyət üçün, gənclər üçün də çox faydalı olacaq. Bu görüş və bu söhbət zamanı mən Rafiq müəllimin iç dünyasını, xarakterini özüm üçün kəşf etdim, eyni zamanda o da mənə qarşı çox səmimi mövqedədir. Baxmayaraq ki, veriliş zamanı iki saata yaxın maraqlı söhbətlərimiz olub, ancaq ötən bazar günü olan görüşümüz də elə iki saat vaxt çəkdi.
Onunla ünsiyyət xoşdur. Konkret adamdır. Özünü çox gözəl yetişdirib. Kifayət qədər intellektualdır. Sevimli məşğuliyyəti mütaliədir. Gözəl televiziya filmləri, müəllif layihəsi, esse və tərcümələri var. Ölkəyə faydalı olan kitabların çapında aktiv iştirakçıdır.
Rafiq Həşimov maraqlı adamdır. Övladları ilə dostluq münasibəti olduqca təqdirəlayiqdir. Söhbətimiz zamanı Rafiq müəllim dedi ki: “Saat 12-nin yarısı iş otağımın pəncərəsinə göyərçinlər gələcəklər. Onları yemləyəcəm. Vasif, indi görəcəksiniz”. Mənə maraqlı gəldi. Həqiqətən də söhbətimiz əsnasında, bayırdan göyərçin səsləri eşidildi. Deyilən saatdan bir dəqiqə də o tərəf-bu tərəf yox idi. Göyərçinlər diktorun pəncərəsinin önündə idilər. Rafiq müəllim cəld pəncərəyə doğru yaxınlaşıb, dəmir qabla göyərçinlərin yemini götürüb, pəncərəni açdı. Onlarla göyərçin uçuşurdu. Bir neçəsi isə artıq pəncərənin kandarında öz yerini tutmuşdu. Rafiq Həşimov yemi pəncərənin ətrafına səpib, dəmir qabla yaydı. Bir neçə dəfə yemi səpdi. Quşlar necə ac idilər. Göyərçinlər yemləri dənləməyə başladılar. Çox gözəl mənzərə yaranmışdı. Bu kadrları öz arxivim üçün əbədiləşdirmişəm.
1990-ci illərin ortaları, xarizmatik, yaraşıqlı, gözəl səsli ilə “Xəbərlər” proqramından izlədiyimiz oğlan artıq 58 yaşındadır və onun özünə münasibəti, yüksək mədəniyyəti məni valeh etmişdi. Qarderobunda illər öncə geyindiyi və hal-hazırda da “XXI əsr” layihəsində geyindiyi rəngarəng, sevimli pencəkləri sıralama düzülüb, qalstukları da səliqə-səhmanla sıralanıb. Sevimli diktorla təəssüratlar çoxdur. Daha geniş versiyada yaxın zamanda “Şəxsi əşyalar” layihəsinin növbəti buraxılışında izləyəcəksiniz.