Lütfi Zadənin Bakıda dəfni Azərbaycana nə verdi?
Məşhur alimin adını əbədiləşdirmək üçün bundan sonra nə kimi işlər görülməlidir?
E.NİHAD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
"Obraz aydın görünür"
Lütfi Zadənin qəbirüstü abidəsinin ideya müəllifi olan xanım danışdı
-
Lütfi Zadə kimdir?
Bakıda doğulub, ABŞ-da məşhurlaşıb və Bakıda dəfn olunan dahi
-
Lütfi Zadənin cənazəsi bu gecə vətənə gəlir
Dünya şöhrətli azərbaycanlı alimin dəfn proqramı hazırlanıb
-
«Məsuliyyət hissini itirib»
Prezidentin köməkçisi: «Akif Əlinin Lütfi Zadə haqqında qeyri-etik ifadələr işlətməsi yolverilməzdir»
-
Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq
Düyna şöhtərli alimlə dövlət səviyyəsində vida mərasimi təşkil olunacaq
-
Sözlərinizdən utanın
Əgər bundan sonra sizi vəzifədə saxlasalar, ...
-
«Cəzasını alacaq!»
Abid Şərifov Akif Əlizadənin Lütfi Zadəni təhqir etməsinə görə bərk qəzəbləndi
-
Sayğısızlığın son həddi
Baş verənlər sıradan bir hadisə deyil
-
«Tapdıq»ın itən nüfuzu
Allah kəssin belə məşhurluğu...
-
«O fındıqbaş kişi məni maraqlandırmır»
Nazirlər Kabinetinin 2-ci dərəcəli dövlət müşaviri olan rəsmisi Lütfi Zadəni təhqir etdi
-
«Lütfi məndən xahiş etdi ki, ...»
Məşhur alimin nəşi 7-10 günə gətiriləcək
-
Lütfi Zadə vəfat etdi
Dünya şöhrətli azərbaycanlı alim Azərbaycanda dəfn ediləcək
-
Lütfi Zadə ölməyib?
Mirşahin: «Özüm danışdım, hamıya salamı var»
-
Lütfi Zadə dünyasını dəyişdi
Dünya şöhrətli azərbaycanlı alim vətənində dəfn olunacaq
-
Lütfi Zadə bütün mükafatlarını azərbaycanlı alimə vəsiyyət etdi
ABŞ-da yaşayan ATU-nun professoru Şahnaz Şahbazova kimdir?
-
«Məni Azərbaycanda dəfn edin»
Vəziyyəti ağır olan Lütfi Zadə oğluna vəsiyyət edib
2017-ci ilin 6 sentyabr tarixində dünyasını dəyişən böyük alim Lütfi Zadə 22 gündən sonra - 28 sentyabrda - uşaqlığının keçdiyi Bakıda torpağa tapşırıldı.
96 yaşında vəfat edən Lütfi Zadə hələ dünyasını dəyişməzdən öncəki vəsiyyətində bu arzusunu bildirmişdi. Lakin həm vəsiyyət açıqlanandan, həm də Zadə Vətən torpağında dəfn ediləndən sonra onun bu jestinə birmənalı yanaşmayanlar oldu. Bəziləri Zadənin şəxsiyyətini tənqid etsi, onun Azərbaycana heç nə vermədiyini bildirdi. Təfərrüata varmamaq üçün konkret adlar və deyilənlər haqqında danışmayacağıq. Lakin bu gün də - dəfnindən bir aydan çox vaxt ötməsinə baxmayaraq - Lütfi Zadə haqqında ara-sıra bu cür münasibətlərin şahidi oluruq. Doğrudur, Zadə ilə bağlı yanaşmalar əvvəlki kimi mətbuatda geniş vüsət almasa da, sosial şəbəkələrdə müəyyən müzakirə obyektinə çevrilə bilir.
Araşdırmaçı jurnalist Tahir Aydınoğlu Modern.az-a məhz bundan, Lütfi Zadə şəxsiyyəti və onun Bakıda dəfninə birmənalı yanaşmanın olmadığından nigaranlığını bildirib. Onun fikrincə, Lütfi Zadənin Bakıda dəfn olunması hələ gələcəkdə öz sözünü deyəcək uğurlu hadisələrdən biridir:
«Lütfi Zadənin Bakıda dəfn olunmaq istəyi, bu barədə yazdığı vəsiyyət, həmçinin, Vətən torpağında dəfni təəssüf ki, birmənalı qarşılanmadı. Biz bunu lazımınca dəyərləndirə bilmədik. Hələ zaman keçdikcə görəcəyik ki, Lütfi Zadə necə böyük insan imiş. O, Azərbaycan torpağına qovuşmağı ilə çox söz dedi.
Bir müddət əvvəl müəyyən qruplar arasında bəzi söhbətlər gəzirdi: «Zadə Azərbaycan üçün nə edib?», «Nə üçün burada dəfn olunmasını istəyir?» və s. Amma Lütfi Zadənin məntiqi, Vətən sevgisi, nüfuzu bütün bunların fövqündə dayandı.
Lütfi Zadənin məzarı Azərbaycan torpağına onun özü boyda bir şöhrət möhürü oldu. Lütfi Zadə hər zaman axtarılacaq. Onun bioqrafiyası gələcəkdə dünyanın bütün ölkələrində dönə-dönə nəzərdən keçiriləcək. Bu səbəbdən, onun həm Bakıda doğulmağı, həm də dünyanı dolaşıb Bakıda dəfn olunması Azərbaycan üçün ikiqat üstünlükdür. Zadənin Bakıda doğulması Azərbaycanı birqat şöhrətləndirirdisə, dəfni də ikiqat şöhrətləndirdi. Biz bu faktı çox yaxşı dəyərləndirməliyik».
Tahir Aydınoğlu Zadənin Bakıda dəfninin böyük hadisə olduğunu qeyd edir. O, bu hadisənin Azərbaycanda birmənalı şəkildə rəğbətlə qarşılanacağını gözləsə də, fərqli münasibətin şahidi olub. Onun fikrincə, Lütfi Zadə şəxsiyyəti və onun Vətən torpağındakı dəfninə bəzi insanların verdiyi sərt münasibətin bir əsas səbəbi var: Lütfi Zadəni tanımamaq. Tahir Aydınoğlu hətta onu da düşünür ki, bu gün yapon cəmiyyəti Zadəni Vətəni olduğu Azərbaycandan daha yaxşı tanıyır: «Bu fakta - Zadənin vəsiyyəti və onun Vətəndə dəfninə heç bir əlavə yozum lazım deyil. Buna heç bir ağzıgöyçəklik edib nəsə demək mümkün deyil. Biz birmənalı olaraq bu hadisəni dəyərləndirməliydik. Birmənalı olaraq onun dəfninin Azərbaycan üçün dəyərini bilməli idik.
Bu ilin avqustundan başlayaraq, 96 yaşlı Lütfi Zadənin səhhəti daha da pisləşdi. Bu, təbii prosesdir. Bir gün yaranan bir gün də dünyadan köçməlidir.
Lütfi Zadə bizim üçün yaxın keçmiş olsa da, təəssüf ki, belə bir nüfuzda olan həmyerlimizin varlığı haqqında bilgi Azərbaycana gec gəlib çatdı. O zaman biz SSRİ-nin dəmir hasarları arasında yaşayırdıq. Onun mövcudluğundan tək-tək adamın xəbəri var idi. Şayiələr şəklində onun barəsində xəbərlər yayılırdı.
Biz ali təhsil aldığımız illərdə-ötən əsrin 70-ci illərdə onun barəsində ara-sıra yayılan xəbərləri eşidirdik. Uzaq Amerikada yeni nəzəriyyə yaradan azərbaycanlıdan danışırdılar. Deyilənlərə inanan da olurdu, inanmayan da... Vaxt gəldi, Azərbaycan müstəqillik qazandı. Bundan sonra Lütfi Zadə barəsində, onun 10 il Azərbaycanda yaşayıb, burada məktəbə getməsi haqqında məlumatları öyrəndik.
Onun barəsində məlumatlar - bioqrafiyası, elmi fəaliyyəti getdikcə daha çox yayılmağa başladı. Bu istiqamətdə bizim görkəmli alimimiz, Lütfi Zadə yolunun birinci davamçısı olan Rafiq Əliyevin çox böyük rolu oldu. Zadə barəsində dəqiq, səhih informasiyaların yayılmasında xidmətləri danılmazdı. Rafiq müəllimin bu məlumatlarını aldıqca, bizə məlum olurdu ki, Lütfi Zadə heç zaman Azərbaycana qarşı biganə olmayıb. O doğulduğu, uşaqlığını keçdiyi şəhəri heç zaman unutmayıb. Rafiq müəllim onun barəsində o qədər nəvaziş, səmimiyyətlə danışırdı ki, bəzən, biz özümüz təəccüb qalırdıq. Soruşurduq ki, doğrudanmı o, Azərbaycan adlı məmləkəti qəlbində yaşadır?! Deyirdi, nəinki yaşadır, bütün varlığı ilə Azərbaycana bağlıdır.
Daha sonra, elə Rafiq müəllimin təşəbbüsü ilə mərhum jurnalist Möhbəddin Səməd, telejurnalist Oqtay Babazadə Berkli şəhərinə gedib onun barəsində film çəkdilər. O film Lütfi Zadəni bizə daha da doğmalaşdırdı».
Araşdırmaçı jurnalist Zadə adı çəkiləndə ən çox giley edilən bir məsələyə- onun patriotluqdan uzaq olması barədəki irada da toxunub: «Bilmirəm, müharibə dövrünün tələbi, yaxud Azərbaycanın dünyada təklənməsindən, yaxud nədənsə asılıdırsa, biz harada bir məşhur azərbaycanlı görürüksə, mütləq ondan pafoslu patriotluq, vətənpərvərlik, Qarabağ barəsində çılğın çıxışlar gözləyirik. Gur səslənən şüarlar eşitmək istəyirik. Təəssüf ki, Lütfi Zadə kimi bəşəri bir insan, alim belə məqamlara toxuna bilməzdi. Lütfi Zadə məgər Şarl Aznaurdur ki, çox cılız millətçilik hissləri ilə özünü biabır edib bəşəri şəxs olduğunu kölgə altına qoysun?! Bunu başa düşənlər düşürdü, əksini düşünənlər isə Zadədən çılğın patriotluq tələb edirdi. Xoşbəxtlikdən Lütfi Zadə bu səviyyəyə enmədi.
Zadənin səhhətinin pisləşməsi, səhhətinin kritik olması xəbərlərinin fonunda Azərbaycanda diskussiyalar qızışdı. Xüsusən, sosial mediada saytlarda bir çox fikirlər səsləndi. Hətta onun ölümü ilə bağlı yalançı şayiələr yayıldı. O zaman bu giley də əsas diqqət mərkəzində idi.
Amma Zadənin bundan əvvəl Azərbaycana gəlişi, çox böyük təntənə ilə qarşılanması, ölkə başçısının onu ordenlə təltif etməsi alimi Azərbaycana tamamilə yaxınlaşdırdı. Lütfi Zadənin Azərbaycana məxsusluğunun bu cür tamamilə təsdiqindən sonra onun vəsiyyətinin mübahisələr doğurması arzuolunmaz və məntiqsiz haldır. Təəssüf ki, bu cür yanaşanların arasında nüfuzlu adamlar da var idi. Onlar deyirdi ki, Lütfi Zadə o qədər də nüfuzlu insan deyil, elmə bir o qədər də yenilik gətirməyib. Onların əksinə olaraq ATU-nun professoru Şahnaz Şahbazova Lütfi Zadə haqqında çox dəyərli informasiyalar verdi. Şahnaz xanım onun ailəsinə daxil olan bir insan idi. Lütfi Zadənin evi, ailəsi, portret cizgiləri barəsində informasiyaları Azərbaycan cəmiyyətinə duydurdu.
Amma kimlərsə deyirdi ki, ola bilməz ki, o, Azərbaycanda dəfn olunmasını istəsin. Kimsə də deyirdi ki, «mənim tanıdığım Lütfi Zadədə bir azərbaycanlılıq da yoxdur ki, burada dəfn olunmağını istəsin». Bu cür arzuolunmaz ağızbüzmələrin müqabilində Lütfi Zadə mötəbər şəkildə Vətəndə dəfn olundu.
Lütfi Zadə həyat yoldaşını həddindən çox sevirdi. Bəzi adamlar düşünürdülər ki, bu cür məhəbbətdən, bağlılıqdan sonra Lütfi öləndən sonra da ondan ayrılmaz; xanımının yanında dəfn olunar. Lakin «ən güclü məhəbbət soyuq, lal məhəbbət olur», deyirlər. Sonda Zadənin bu cür lal məhəbbətlə sevdiyi Vətəndə dəfn olunmaq arzusu çin oldu. Ölümü bizi nə qədər kədərləndirdisə, Azərbaycanda dəfn olunmaq gerçəyi də bizi o qədər sevindirdi.
Bu söz-söhbətlər bir həqiqəti də ortaya qoydu- Lütfi Zadəni yaponlar tanısa da, biz o qədər də tanımırıq. Məhz buna görə bu qədər müzakirələr oldu. Əgər biz Lütfi Zadəni tanımış olsaydıq, onun vəsiyyəti bizə çatmamış güman edərdik ki, o vətəndə dəfn olunar.
Yayda Rafiq Əliyevlə görüşdüm. Dedi, Zadə ilə təzə danışıb. Vəsiyyəti barədə ona heç nə deməyib. Amma o, mən tanıdığım Lütfi Zadədirsə, bu addımı atacaq. Biz də Zadəni Rafiq Əliyev kimi tanısa idik, onun vəsiyyətinə ağız büzməzdik».
Bütün deyilənlərə, müzakirələrə baxmayaraq, Lütfi Zadə Bakıda- I Fəxri Xiyabanda dəfn olundu. Onun adını əbədiləşdirmək üçün bundan sonra nə kimi işlər görülməlidir?
T.Aydınoğlu bu istiqamətdə öz təkliflərini irəli sürür:
«Bundan sonra biz Lütfi Zadənin bioqrafiyasını, irsini dərindən öyrənməliyik. Azərbaycanda Lüfi Zadə muzeyi yaratmaq olar;
Son zamanlar onunla bağlı mediada, mətbuatda gedən yazılardan bir neçə cild kitab hazırlamaq mümkündür. Bu, əsasən də jurnalistlər üçün elmi-kütləvi məlumat kitabı çap olunamlıdır;
AMEA onun əsərlərini çap etməlidir. İndi Azərbaycanın haqqı çatır ki, Lütfi Zadə adına bir mükafat təsis etsin. Lütfi Zadə məzarı ilə də Azərbaycan üçün bir şöhrət möhürü oldu. Onun zəngin, misilsiz bioqrafiyası Bakıda başladı və nöqtə də onun məzarı oldu».