vaxtlı-vaxtında oxuyun! Şənbə, 9 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
18:15 | 28 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 1765 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Artıq təxribata əl atırlar»

Şeyxin qardaşından vəhhabilərə ittiham

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qafqaz Müsəlmanları İdarəsinin bugünkü bəyanatı hardasa Azərbaycandakı vəhhabilərə toxunub. Azərbaycanda gizli pərdə altında vəhhabilik inkişaf edib. İdarənin bəyanatları həmin radikal dini cərəyanların nümayəndələrinə sərf etmir. Onlar Şeyxulislam Allahşükür Paşazadənin dediklərinə əks mövqedə dayanıblar».

Bunu Modern.az saytına QMİ sədri Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə deyib.

O, Allahşükür Paşazadəyə qarşı yayılan kompromatlara münasibət bildirərkən bunları yalan olduğunu deyib.
«Bu adamlara vəsaitin haradan ayrıldığı bilinir. Onlar birbaşa Səudiyyə Ərəbistanından maliyyələşir. Dünya bilir ki, bunlar başqa-başqa dövlətlərdən, həmçinin Səudiyyə Ərəbistanından geniş şəkildə istifadə edirlər. Müsəlmanlar İdarəsi hansı formada Səudiyyə Ərəbistanından istifadə edə bilər axı?»- deyə Cavanşir Paşazadə mətbuatda QMİ rəhbərinin Səudiyyə Ərəbistanından pul alması barədə yazılanları tənqid edib.

Millət vəkili onu da bildirib ki, Azərbaycanda olan vəhhabi cərəyanının iç üzü açıldığı üçün onlara bəzi məsələləri xatırlatmaq sərf etmir. O qeyd edib ki, vəhhabilər Azərbaycan dövlətinin radikal cərəyanlara qarşı qanuni şəkildə işlər aparacağını bildiyindən təxribatlara əl atırlar.
«Azərbaycan dövləti, azərbaycançılıq əleyhinə dünyada müxtəlif diaspor təşkilatları fəaliyyət aparır. Bu da onların bir formasıdır».

Qeyd edək ki, bu gün QMİ radikal dini cərəyanların təbliğ etdiyi ideyaların təhlükəsindən danışıb. Əsasən vəhhabilik, xəvaricilik, sələfilik, nurçuluq, təkfirçilik cərəyanlarının adları vurğulanıb. Bu bəyanatdan sonra özünü «Fətullah Gülən sevdalıları» adlandıran qrupun elektron poçt ünvanından bəzi KİV-lərə göndərilən məktubda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə hədələnib, ona qarşı kompromatlar yayılıb. 
Lakin ehtimal olunur ki, bu kompromatı yayanlar nurçular deyil, vəhhabilərdir.