vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BANK, BİRJA, SIĞORTA  
22:17 | 28 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2657 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bitcoin» üçün bədbin proqnoz

«Virtual valyutanın çökməsi ehtimalı 80 faizdən yüksəkdir»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Marketwatch»ın məşhur köşə yazarı Mark Hulbert, virtual pul «Bitcoin»in ilin əvvəlindən bu yana qiyməti qeyri-adi şəkildə qalxaraq 10 min dollara yaxınlaşmasına baxmayaraq, yaxın bir zamanda çökməsi ehtimalının 80 faizin üzərində olduğunu deyir.

Hulbert, «Bitcoin»ə dair mənfi ssenarisini, əmtəə və qiymətli kağız qiymətlərinin qısa zamanda həddindən artıq yüksəldiyinə və çökdüyünə dair əvvəlki təcrübələr üzərində həyata keçirilmiş bir araşdırmaya əsaslandırır.

Milli Araşdırma Bürosu (NBER) tərəfindən bu ilin əvvəlində nəşr olunan «Fama köpükləri» adlı araşdırmada qeyd olunur ki, «köpük», qiymətlərdə iki illik müddətdə baş verən sərt yüksəlişdir. Bu müddətdən sonra qiymətin 40% aşağı düşməsi «köpüyün» partlaması deməkdir.

Araşdırmaya görə, iki il müddətində qiymət 100 faiz və ya üzərində artarsa, növbəti iki il ərzində onun azalması ehtimalı 50% olur. Əgər qiymətdəki artım ən azı 150 faiz olsa, iflas ehtimalı 80%-ə yüksəlir. Qiymətlərdə kəskin yüksəliş artdıqca, çöküş «demək olar dəqiqləşir».

«Bitcoin»in iki il içərisində 2500% bahalaşması isə tədqiqatçılara görə dəqiq çöküşə qarşılıq gələn ən yüksək qiymət artımından 10 dəfə çoxdur.

Bununla yanaşı Hulbert, tədqiqatçıların araşdırmada qiymətli kağızlar bazarını nəzərə aldığını, rəqəmsal pulların araşdırmanın mövzusu olmadığını bildirsə də, araşdırmanın «Bitcoin» üçün də tətbiq oluna biləcəyini düşünür. Hulbert, araşdırmanın ABŞ və ya digər ölkələrin səhm bazarlarında müxtəlif zaman kəsiklərində fərqli nəticə vermədiyini əlavə edir.

«Bitcoin»in tərəfdarları onun bənzərsiz olduğunu və bu səbəbdən araşdırmada deyildiyi kimi çökməyəcəyinə israr edirlər. Buna baxmayaraq əvvəlki bir çox «köpük»lərdə də, «bu bənzərsizdir» kimi oxşar iddialar müşahidə edilmişdi.