
Fransada iqtisadi iflas
Dövlət borcu 3,3 trilyon avronu keçdi, sosial yardımlar dondurulur
Dövlət borcu 3,3 trilyon avronu keçdi, sosial yardımlar dondurulur
Fransa hökumətindən sərt qənaət qərarı
KNDS-in dəyərinin təxminən 20 milyard avro olduğunu bildirilir
Fransada hərbi xidmət geri qayıdır
Kamera yoldaşının çantasında gizlənərək qaçdı
Onlarla ev və avtomobil yanıb, nəqliyyat iflic olub
Makronun xanımı onun əlini niyə havada qoydu?
Fransa və Almaniyada Asiya pələng ağcaqanadı təhlükəsi
Minlərlə “Mercedes-Benz” geri çağırıldı
Fransa bələdiyyələrində əməkhaqqı üsyanı
Marsel hava limanı bağlanıb, qatarların hərəkəti dayandırılıb
Fransa müxalifətinin lideri siyasi qadağa qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət edir
Makron cütlüyü arasında daha bir böhran, arvadı ərinə məhəl qoymadı
5 günlük müharibədən sonra “Rafale” təyyarələrinə qarşı təbliğat genişlənib
Evi basılan yaşlı türk qadını yerlə sürüdülər, gənc qızı isə hovuzda ölümünə döydülər
Avropa şəhərində 26 cərimə yazılarkən 4 avtomobilin hərəkəti qadağan edildi
Prezident Emmanuel Makron (Emmanuel Macron) Fransada İslamla bağlı islahat aparmağı planlayır. Onun sözlərinə görə, məqsəd İslam fundamentalizmi ilə mübarizə və milli birliyi qorumaqdır. Fransada 6 milyon müsəlman yaşayır. Amma Makronun planları tənqidlə qarşılanıb.
Çünki, Fransa mediasının yazdığına görə, hökumət ərəb ölkələrinin Fransadakı müsəlman icmasına təsirini azaltmaq üçün məscidləri maliyyələşdirmək və imamlara maaş verməyi nəzərdən keçirir.
Fransa respublikası qurulandan bəri dünyəvilik prinsiplərinə daim ciddi əməl edilib, din dövlətdən ayrı olub. Bir çoxları Makronun planlarını bu prinsiplərə zidd sayırlar.
Fransa hökumətinin sözçüsü Benjamin Qrivo (Benjamin Griveaux) ötən həftə jurnalistlərə deyib ki, islahat planı tam hazır olmasa da, İslam ruhanilərinə təlim keçilməsi və onların maliyyələşdirilməsi «Respublika ilə İslam arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi planının əsas elementlərindən olacaq»:
«Niyə İslamın maliyyələşdirilməsi bizim üçün əsas hədəfdir? Çünki, siz bilirsiz ki, maliyyə xarici ölkələrdən gəlir. Fransada xarici ölkələrin maraqlarına xidmət edən dinin olması bizim üçün arzuolunan deyil. Bu cür İslam - siyasi İslamdır».
Qrivo deyir ki, bəzi məscidlərdə səslənən xütbələr tamamilə Fransa Respublikasının dəyərlərinə ziddir və bəzi məscidlər radikallıq yayırlar.
Makronun planlarına görə, imamlar dünyəvilik, mülki azadlıqlar kurslarından imtahan verməlidirlər. Bundan başqa, ölkədə bütün imamların tabe olacağı baş imamın təyinatı nəzərdə tutulub.
Bu plan həm sosialistlərin, həm də Fransanın müsəlman icması rəhbərlərinin tənqidinə tuş gəlib.
Onlar hesab edirlər ki, dövlət hansısa dini maliyyələşdirməməlidir, çünki bu, 1905-ci ilə aid olan və dünyəvilik prinsiplərini, dinin dövlətdən ayrı olmasını müdafiə edən qanunu pozur. Onların fikrincə, imamların imtahan verməyə məcbur edilməsi vicdan azadlığı ilə uzlaşmır.
Fransa İslam Şurasının prezidenti Ahmet Ogras deyib ki, «İslam bir dindir, öz işlərini özü tənzimləyir, onun dövlətin timsalında himayədara ehtiyacı yoxdur».