vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
14:54 | 22 iyun 2018 | Cümə Məqaləyə 3065 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistanın Azərbaycandan Günnüt əməliyyatı xahişi

Şair Ramaldanov: “Rəsmi İrəvan əhali arasında gərginlik yaranmasından qorxurdu”

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

“Neytral torpaq anlayışı yoxdur. Ora bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Bildirmək istəyirəm ki, Laçına gedən yola artıq ordumuz nəzarət edir. Bu bizim növbəti uğurumuzdur”.

Bu sözləri bir neçə gün əvvəl müdafiə naziri Zakir Həsənov Naxçıvan MR Şərur rayonunun  Günnüt kəndi ətrafındakı ərazilərin düşməndən geri alınması barədə danışarkən deyib.

Məhz Laçına gedən yola Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etməsi Günnütün azad edilməsi ilə bağlı bir çox yaxşı məqamları ortaya qoyur.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az-a açıqlamasında deyib ki, Laçına gedən yola nəzarət edilməsi strateji məsələdir.

 

“Laçına gedən yola tam nəzarət edirik”

 

“Hər bir qarış torpağımızın işğaldan azad olunması çoxdankı arzularımızın bu formada yerinə yetirilməsidir. Müdafiə naziri Zakir Həsənov da çıxışında vurğuladı ki, Laçına gedən yola ordumuz nəzarət edir. Yəni o yol çox vacib yoldur və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib. Hətta Ermənistan mətbuatı belə bu haqda yazdı. Guya onlar humanistlik göstərərək bir qrup Naxçıvan sakininin öz yaxınlarının qəbirlərini ziyarət etməsi üçün  koridor yaradıblar. Guya onların icazəsi ilə sakinlər Günnütə gediblər. Bunu da ona görə edirdilər ki, erməni əhali hiddətlənməsin. Ermənistanın dövlət sərhəddini keçməmək şərtilə, Azərbaycan bölmələri bizə aid olan həmin istiqamətdə torpaqları işğaldan azad edərək, öz mövqelərini irəli çəkdilər. Videomateriallardan da görünür ki, Ermənistan ərazisi Azərbaycan bölmələrinin vizual nəzarəti altına keçib. Burada Ermənistanın bir neçə yaşayış məntəqəsi var. Əsas da Laçına gedən yolu vizual şəkildə Azərbaycan bölmələri müşahidə edə bilir. Əgər sabah o yoldan Azərbaycana qarşı hər hansı təhlükə olarsa, təbii ki, o yol Azərbaycan bölmələri tərəfindən müdafiə olunacaq. Nəzarət o deməkdir ki, əldə olan silahlar o yolu vurmağa imkan verir”.

 

“Ermənistan tərəfi xahiş etmişdi ki..”

 

Hərbi ekspert Günnüt hadisələrinin ictimaiyyətdən gizli saxlanılması barədə də söz açıb.

“Günnüt hadisələri bir ay bundan əvvəl baş verib. Əldə etdiyimiz məlumatlara görə, o zaman Ermənistan tərəfi Günnüt zəfərinin geniş işıqlandırılmaması ilə bağlı Azərbaycandan   xahiş etmişdi. Bu da Ermənistandakı məlum vəziyyətə görə olub. Çünki erməni əhali arasında gərginlik yaranmasın deyə, belə bir hal baş verib. Bu, düşmən tərəfindən bir xahiş idi. Azərbaycan tərəfi  isə humanist addım ataraq müəyyən şəkildə həmin vaxt zəfərimizi işıqlandırmadı.

Naxçıvanda gedən döyüşlərdə bir əsgərimiz şəhid oldu. Həmin vaxt  Naxçıvan istiqamətində hazırlıq tədbirləri gedirdi. Sadəcə, əraziləri itkisiz ələ keçirtmək və ərazilərə nəzarəti təmin etmək  yolu seçilmişdi. Həmçinin, həmin vaxtlar Ermənistanda siyasi vəziyyət də gərgin idi. Naxçıvanda olan rəhbərlik hərbi savad çərçivəsində düzgün  kəşfiyyat aparmış, hazırlıq səviyyəsini dəqiq qurmuş, itkisiz qələbəyə nail olmuşdu. Ordumuz atəşkəsin tələblərinə uyğun olaraq düşmənin qüvvələrini geri çəkilməyə məcbur etdi. Nəticədə 11 min hektar ərazi işğaldan azad edildi. Bura yaşayış məntəqəsi, şərab zavodunun ərazisi, strateji yüksəkliklər daxildir”.