vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MƏMLƏKƏT  
17:19 | 6 fevral 2019 | Çərşənbə Məqaləyə 1940 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Azərişıq” zəlzələ bölgəsində

Səlahiyyətli şəxslər Şamaxıya hazırlıqlı gedib

Ötən gecə baş vermiş və episentri Şamaxıda yerləşən, gücü 6 bala çatan zəlzələ ilə bağlı “Azərişıq” ASC-nin səlahiyyətli şəxslərindən ibarət qrup bu rayona yola düşüb. Habelə ehtiyat üçün zəruri mal-material da yola salınıb. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, məqsəd zəlzələ baş vermiş ərazilərdə elektrik enerjisinin təchizatı ilə bağlı meydana çıxa biləcək hər hansı situasiyaya operativ müdaxilə etməkdir. Onun sözlərinə görə, hazırda Şamaxı və zəlzələnin təsirinə məruz qalan digər rayonlarda əhalinin elektrik enerjisi ilə təchizatı fasiləsiz həyata keçirilir.

Bununla belə əməkdaşlarımız meydana çıxa biləcək hansısa yeni situasiyalarla bağlı tam hazırlıq görüblər, bütün zəruri mal-materiallar da tədarük edilib. Hansısa dayaqların dəyişdirilməsi, kabellərin əvəzlənməsi lazım gələrsə operativ qaydada bu işlər həyata keçiriləcək. O cümlədən hazırda zəlzələnin təsiri ilə qəzalı vəziyyətə düşən tikililərin elektrik xətlərinə baxış keçirilməkdədir, - T.Mustafayev deyib.