

Millət vəkili dərmanlar baha olmasından şikayətçidir
Yeni sədr 5 vəzifəlini işdən çıxardı, bir çoxunun ərizəsi aldı
Fuad Muradov-Aleksandr Mişenko görüşünün təşəbbüskarı Ukrayna səfiri olub
Dövlət Komitəsində yeni sayt və loqo yaradılır
Diaspor Komitəsinin yeni sədri: “Heç biriniz diqqətdən kənarda qalmayacaq”
Keçmiş sədrin özünü 5 ildən 15 ilədək həbs gözləyir, əmlakını isə müsadirə ...
Fazil Mustafa: «Qida, uşaq geyimi, dərmanlar od qiymətinə, aztəminatlı ailələrin sağlam uşaq böyütməsi ciddi risk altındadır»
Millət vəkili: «Büdcəni yox, ona münasibəti tənqid etmişəm»
Partiya sədrlərindən çağırış
Deputat məsələ qaldırdı
İntizam Komissiyası Zeynəb Xanlarovanın da məsələsinə baxa bilər
Deputat ateistlərə məntiqli cavab verməyə çağırdı
Azərbaycanda «Hanna Party»: hətta göbək rəqsi, müğənnilər, hədsiz dəbdəbə...
Heydər Əliyev Fondunun təşəbbüsü ilə «Gəncə Marafonu - 2017» keçirilib
Qənirə Paşayeva «Gəncə Marafonu»ndan yazdı
Millət vəkili: «SSRİ-nin bərpasını istəyənlər, arzulayanlar, nəinki Rusiyada, elə bizdə də var, ancaq indi 1917-ci il deyil»
Azərbaycanlı millət vəkillərinin Fətullah Gülənin nurçu hərəkatına bağlı olması, birdəfəlik 100 min manat, aylıq isə 5 min manat alması haqda müzakirələr getdikcə qızışır.
Hələ ki, Fətullah Gülənə işlədiyi iddia olunan millət vəkillərindən Qənirə Paşayevanın, Fazil Mustafanın və Ceyhun Osmanlının, Fuad Muradovun adı məlumdur. Bu siyahıya yaxın günlərdə daha üç millət vəkilinin adının əlavə olunacağı deyilir. Həmin millət vəkillərindən birinin mətbu orqan idarəetməsi ilə məşğul olduğu, mətbu orqanların əsas sahibi olan nazirin isə nurçu iş adamlarının istehsal etdiyi məhsulların media vasitəsi tanıdılmasına və reklamına görə külli miqdarda pul aldığı iddia edilir.
Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sabiq rəhbəri Rafiq Əliyevin fikrincə, nurçular hazırda yüksək
postlarda mövqelərini gücləndirib. Millət vəkilləri, hətta nazirlərdən də nurçu
hərəkatının maliyyəsində yararlananlar var. Maliyyə alanlar isə Fətullah
Gülənin ideologiyasını yaymaq və Azərbaycandakı gücünü artırmaq üçün var gücü
ilə çalışır.
Hətta bir neçə il əvvəl yerli mətbuatda «Fətullah
Gülənin mənəvi oğlu» kimi adı hallanan millət vəkili Fazil Mustafa da Nurçu
hərəkatı ilə əlaqəsi olmadığını deyir.
Millət vəkili Fuad Muradov iddia ilə
bağlı bildirdi ki, nurçuluq iddiası yalandır. Telekanal belə bir iddia ilə bağlı
ondan münasibət öyrənməyib.
1996-cı ildə yaradılan təhsillə bağlı
dövlət qurumuna indiyədək Fuad Muradov rəhbərlik edib. Qurum gənclərlə bağlı
60-dək böyük proqram, 200-dək layihə həyata keçirilib. Azərbaycanda nurçu
olduğu iddia edilən gənclərin çoxu isə xaricdə təhsil almış gənclərdir.
Strateji Araşdırmalar Mərkəzi haqda
Azərbaycanda adı nurçuluqla hallanan
təşkilatlardan biri də SAM kimi tanınan Strateji Araşdırmalar Mərkəzidir.
Mərkəz məlum olduğu kimi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun
kurasiyasındadır.
İddiaları əsaslandırarkən
Qənirə Paşayevayevaya gəlincə, onun daha
çox təhsil, ədəbiyyat mövzusu ilə nurçu təbliğatı ilə məşğul olduğu iddia
edilir. Nurçu Halit Şenin təsisçisi olduğu uşaqlar üçün nəzərdə tutulmuş «Menar»
riyaziyyat kursu, radikal nurçu təbliğatı ilə tanınan Samiha Ayverdinin
tələbəsi olmuş Cemalnur Sarqutun Bakı səfərlərinin müəllifi də Qənirə
Paşayevadır.
Nurçu düşüncəsinin məhsulu olan Şah
İsmayıl Xətai düşmənçiliyi haqda «Şah və Sultan» kitabının müəllifi İskəndər
Palanın Bakı səfərini də Qənirə Paşayeva təşkil etmişdi.
Xocalı soyqırımı və nurçuluq
Fevralın 26-da millət vəkili Qənirə
Paşayeva Ankara Qazi universitetində konfrans keçirib. Konfrans Giresun
universitetinin rektoru Aygün Əttar tərəfindən təşkil olunub. Konfransın
sonlarına yaxın konfransda iştirak edən tələbələr Qənirə Paşayevaya etiraz
edib. Qənirə Paşayeva isə açıqlamasında deyir ki, etiraza səbəb onun çıxışı
olmayıb: «Tələbələr konfrans başlamazdan əvvəl universitetdaxili problemə görə
mübahisəyə başlayıb». Mətbuatda isə tələbələrin etirazına səbəb Qənirə
Paşayevanın nitqini çox uzatması deyilir.
Qeyd edək ki, Ankara Qazi
universitetindəki tələbələrin çoxu millətçi görüşə sahibdir. Millətçi düşüncəyə
sahib olanlar isə Türkiyədə nurçulara qarşı çıxan təbəqənin böyük bir hissəsini
təşkil edir.
Ceyhun Osmanlı parlamentdə çıxışları və
təklifləri ilə heç vaxt diqqət çəkməsə də, bir həftədir ki, səs yazısı və
nurçuluq iddiası ilə mətbuatın gündəmindədir. Ceyhun Osmanlı nurçu məktəbi olan
Bakı Özəl Türk Liseyinin məzunudur.
Ceyhun Osmanlı millət vəkili olana qədər
təşkil etdiyi gənclər forumu və gənclər üçün nəzərdə tutulmuş təhsil
proqramları ilə yadda qalıb. Millət vəkili olduqdan sonra isə onun adı daha çox
nurçu maliyyəsinə aid olduğu deyilən «Mado» restoranlar zənciri və «Rahat»
marketlər zəncirinin idarəetməsi ilə hallandı.
Ardı var...