Neft qiymətləri yüksəlişdə
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
22:27 | 2 aprel 2020 | Cümə axşamı
Məqaləyə 1587 dəfə baxılıb
Şriftin ölçüsü
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
3.08 faiz qiymət artımı
Qara qızıl dörd ilin maksimumuna çatdı
Neft qiymətləri kəskin yüksəldi
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
İrandakı hava hücumları nefti bahalaşdırdı
ABŞ prezidenti Donald Tramp bu gün özünün bir “twit”i ilə ümidsiz şəkildə uculaşmaqda, hətta dəyərini tamamilə itirməkdə olan nefti kəskin bahalaşdırıb. Tramp Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft hasilatına dair yeni sövdələşmənin anonsunu verib və dərhal birjalarda neftin qiyməti sıçrayışla artıb.
“Mən elə indicə vəliəhd şahzadə, dostum Məhəmməd bin Salmanla danışdım, hansı ki, o da prezident Putinlə danışıb və mən gözləyirəm ki, onlar neft hasilatını 10 milyon barelə qədər ixtisar edəcəklər, ola bilsin daha da çox”, - Tramp yazıb.
ABŞ prezidenti qeyd edib ki, əgər tərəflər razılaşsalar bu neft və qaz sənayesi üçün gözəl xəbər olacaq. Trampın sözlərinə görə, hasilatın hətta 15 milyon barel azaldılması mümkündür.
ABŞ prezidentinin bu rəqəmləri haradan götürdüyü məlum deyil. Çünki hətta OPEC+ razılaşması çərçivəsində belə neft ölkələrinin hasilatı azaltması bundan dəfələrlə az-sutkada cəmi 1.5 milyon barel idi. Razılaşma pozulandan sonra Səudiyyə Ərəbistanı neft hasilatını gündəlik 9 milyon bareldən 12 milyon barelə qədər artırıb. Koronavirus pandemiyasının dünya iqtisadiyyatını iflic etməsinin də təsiri ilə neftin qiyməti kəskin aşağı düşüb.
Artıq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinlə Salman arasında danışıqların baş verdiyini təkzib edib. Daha əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak da Ər-Riyadla təmasların olmadığını açıqlamışdı. Bununla belə Putin özü deyib ki, Rusiya OPEC və ABŞ-la danışıqlar aparır.
Bu cür ziddiyyətli xəbərlər fonunda “Brent” markalı neftin qiyməti az qala 15 faiz bahalaşaraq 1 barel üçün 30 dollara çatıb, “WTI” markalı neft isə 25 dollara qədər bahalaşıb. Bahalaşmanın nə dərəcədə davamlı olacağı hələ məlum deyil.