Qan iyi verən neft
Beş gün ərzində bir çəllək belə satılmayıb...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
Bayden administrasiyasının yüksək vəzifəli nümayəndələri deyiblər ki, Rusiya neft satışının kəskin azalması ilə üzləşib və bu da Kremlin əsas gəlir mənbəyini itirməsi ilə nəticələnə bilər. virtualaz.org xəbər verir ki, bu haqda “The Washington Post” ABŞ administrasiyasındakı mənbələrə istinadən yazır.
Ağ Evdə müəyyən ediblər ki, martın 15-dən 20-nə qədər Rusiya bir barel belə neft sata bilməyib. Rusiya nefti tankerlərə yüklənsə də onu alan olmayıb. Müqayisə üçün qeyd olunur ki, Rusiya müharibədən əvvəl sutkada orta hesabla 5 milyon barelə yaxın neft satırdı. İndi isə Rusiya neftini alan yoxdur. Doğrudur, Qərb hələlik Rusiyadan neft ixracına embarqo tətbiq etməyib, amma ABŞ Rusiya neftini almağı qadağan edib. Digər tərəfdən Rusiyaya qarşı tətbiq edilən çoxsaylı maliyyə sanksiyalarına görə potensial alıcılar bu ölkə neftindən uzaq durmağa çalışırlar.
Rusiya büdcəsinin gəlirlərinin 40 faizdən çoxu neft satışı hesabına formalaşır. Əgər Avropa İttifaqı da Rusiya neftini almağı qadağan etsə bu Kreml üçün əsl zərbə olacaq. Hazırda Rusiya nefti bazar qiymətindən 20-30 dollar aşağı təklif edilir. Bəzi analitiklər hesab edirlər ki, Rusiyanın bu problemi müvəqqətidir və gələcəkdə neft alverini nizama sala biləcək.
“Bu həqiqətən də mühümdür ki, bir çox neft emalçıları və treylerləri Rusiya neftini almaqdan imtina edirlər, hətta ona toxunmaq belə istəmirlər. Əgər bu tendensiya davam etsə də genişlənsə o zaman biz Rusiyadan neft təchizatının əhəmiyyətli ölçülərdə azalmasını görə biləcəyik”,- “Rapidian Energy Group” şirkətinin energetika üzrə analitiki Bob Maknelli qəzetə açıqlamasında deyib.
Beynəlxalq Energetika Agentliyi ötən həftə proqnozlaşdırıb ki, Rusiya neftinin ixracı gələn aydan etibarən sutkada orta hesabla 3 milyon barelə qədər azalacaq. Bu isə Rusiyanın neft ixracından əldə etdiyi gəlirlərinin 40 faizini itirməsi deməkdir.
“Energy Aspects” firması isə proqnozlaşdırır ki, Rusiyadan xam neft ixracı yanvar ayı ilə müqayisədə 1-1,5 milyon barel azala bilər. Firma hesab edir ki, Rusiyanın boru kəmərləri ilə neft ixracı fasiləsiz davam edəcək, amma tankerlərlə neft satmaq çətinləşəcək. “Biz gözləyirik ki, aprel ayından etibarən ən yaxşı halda ixracın yarısı azalacaq. Avropa Rusiya neftini almamağa üstünlük verir, Çin isə hələlik bütün qalanları almaq istəmir”,-firmanın analitiki Amirita Sen deyib.
Lakin ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, Rusiya üzrə işləmiş Eddi Fişman deyir ki, Rusiya neftinin ixracının azalması müvəqqəti ola bilər. Onun sözlərinə görə, neftə tələbat hələ də yüksəkdir və dünyada sanksiyalara qoşulmayan bir çox ölkələr var. Və onlar sonda Rusiya neftini alacaqlar.
Hazırda Rusiya nefti bazar qiymətindən 20-30 dollar aşağı təklif edildiyindən bir çox firmalar bu ucuz nefti almağa çalışır. Lakin qiymət belə aşağı olsa da Rusiya büdcəsinin neftdən kifayət qədər gəlir əldə etməsinə də imkan verir. (virtualaz.org)