

Ermənistan spikeri Qarabağın statusu barədə nə dedi?
Bəzi yerlərdə polislə etirazçılar əlbəyaxa olub
Müxalifət gün ərzində daha hansı aksiyaların keçiriləcəyi barədə məlumat verməyib
Robert Köçəryanın oğlu Levon da aksiyalara qoşulub, saxlanılanlar var
Dövlət katibi prezidentlə söhbətində Azərbaycan-Ermənistan danışıqları və enerji məsələlərindən razılığını bildirib
Köçəryan-Sərkisyan cütlüyü Paşinyanla Arutunyana qarşı?
Köçəryan-Sərkisyanın klanı yenidən hakimiyyətə gəlsə, ...
Spikerin anası etirazçıları balkondan təhqir edib?
Levon Ter-Petrosyan: “Əgər bu sadə həqiqət başa düşülməsə, ...”
“Etiraz aksiyalarına çıxanların bir çoxu hərbi xidmətdən yayınanlardır”
Müxalifət tərəfdarları mayın 5-də səhərdən etiraz aksiyalarını bərpa edib
Paşinyan: “Elə ki, ifşadan danışdım, qaçıb getdilər”
Parlament binası yaxınlığında vəziyyət gərgindir
Ermənistanda hadisələrin inkişaf tempinə görə Azərbaycan ordusu tam döyüş vəziyyətinə gətiriləcək
Ermənistan prezidenti Kremlin nəyinə lazımdır?
Ermənistanın Vaşinqtonda Bakıdan şikayəti ABŞ-ı narahat etmir...
Azərbaycan və Ermənistan dövlətləri arasında Avropa İttifaqının vasitəçiliyilə sülh danışıqları prosesi davam edir. Bununla bağlı mayın 2-də Brüsseldə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurası katibi, Armen Qriqoryanın görüşü olub.
Təbii ki hər iki tərəfin nümayəndəsi dövlətlərin liderləri tərəfindən göndərilib və orada hazırkı danışıqlar prosesinə aid vacib, ciddi məsələləri müzakirə ediblər. Bir sıra mənbələrin, xüsusilə də ermənilər tərəfin yaydıqları məlumata görə Brüsseldəki görüşdə Ermənistan nümayəndəsi Azərbaycanın irəli sürdüyü sülh prinsipi üzrə 5 təklifi qəbul edir, amma bunun qarşılığında öz, bir-neçə təklifini də irəli sürüb. Və Azərbaycan tərəf isə, indi, həmin təklifləri nəzərdən keçirir.
İndi, bəzi siyasi tərəflər bundan ictimai ajiotaj, ictimai narahat-gərginlik düzəltməyə çalışırlar. Əslində isə, buna əsas yoxdur, siyasi qərəzlidir.
Əvvəla, Ermənistan öz təkliflərini irəli sürürsə, bu təbii haldır. Bu da bir dövlətdir, onun təklifi də olarsa, tərəflər arasında təbii bir müzakirə gedər və anlaşmalar yaranar. Bu bir qaydadır.
İkinci, Ermənistan Azərbaycanın irəli sürdüyü o 5 təklifi: ərazi bütövlüyü, ərazi iddiasızlığı və beynəlxalq qaydalarda sərhədlərin tanınması kimi prinsipləri iki dövlət və Aİ liderləri görüşü və danışıqlarında qəbul edib. Bunu, Paşinyan da, onun Brüsselə göndərdiyi nümayəndə özü də təsdiq edib. Azərbaycanın həmin 5 təklifini qəbul etdikdən sonra, demək, Ermənistan irəli sürdüyü təkliflər bizim təkliflərin çərçivəsində, hansısa bir detal, təfərrüat xarakterli ola bilər. Məsələnin ümumi məğzi, prinsipini dəyişməz.
Məsələn, Azərbaycanın irəli sürdüyü prinsiplə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqda, Qarabağ erməniləri üçün nəsə, bir mədəni muxtariyyət təklif edə bilər. Bu hüquq onsuz da bizim və elə dünya ölkələrinin bütün etnik xalqlarında var. Və yaxud da, beynəlxalq hüquqla sərhədlərimizi tanıdıqda, təklifi bəlkə o olar ki, gəl səndəki filan kəndi, məndəki filan kəndlə ərazi ölçüsü bərabərində dəyişək. Bitdi.
Azərbaycanın irəli sürdüyü 5 prinsip, o dərəcə sülh üçün ədalətli və realdır ki, ondan qaçmaq Avropa İttifaqı və dünya qarşısında özünü boş ambisiyalı, dava gəzən yaramaz göstərmək və biabır olmaqdır. Bu prinsiplərə əlavə təklif də heç ehtiyaclı deyil. Ancaq, o da anlaşılandır ki, Paşinyan nəsə, təklif irəli sürsə, bunu xalqının qarşısında imicini itirməmək üçün edər. Guya, Azərbaycan təklifləri qarşısına nəsə irəli sürdü.
Bir onu bilək ki, bizim dövlətin bu, diplomatik, xarici siyasət ətrafı prosesləri ustalıqla aparıb ölkəmizin, millətimizin xeyrinə, uğurla, uduşla başa çatdıracağına tam arxayın ola bilərik. Bu mükəmməllik artıq yaxın tarixlə təsdiq olunub və şəxsən inanır və əminəm ki, yenə olunacaq.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Commentics
Sorry, there is a database problem.
Please check back shortly. Thanks.