
Rusiya və İranın “TrampƏzuR” dərdi
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
Fars-molla rejimi Pezeşkianı hədəfə alıb
“MOSSAD”, taktik səssizlik və partlayan dövlətyönümlü çaşqınlıq
Pezeşkian: “Tehranda su yoxdur, ...”
“Prezident səlahiyyətlərinin valilərə verilməsi” adı altında ölkənin hərbi-siyasi strukturuna tam nəzarətin qurulması
Yaxud dövrü keçmiş diplomatın həyasız tövrü
Qruplar postunu oğluna ötürmək istəyən Xameneyiyə mane olur
SEPAH terror təşkilatının daxilində casusluq ittihamları və qarşılıqlı düşmənçilik
Süleymaninin “kölgə yoldaşı” və SEPAH generalı İsrailin hücumunda öldürülüb
“SEPAH və onun texnikasından uzaq durun”
İranı zəiflədən sui-qəsdlər və hücumlar
SEPAH-ın Avropa zavodlarında casus şəbəkəsi var
Britaniyada İsrail səfirliyinə hücum planı qurumun daxilindəki radikal qrup tərəfindən hazırlanıb
Tehran vurulan Ukrayna təyyarəsi ilə bağlı ICAO-nun qərarından narazıdır
İran tabeliyindəki terrorçulara sərbəst şəkildə davranmaq səlahiyyəti verib
“The Washington Post”: “İran Azərbaycanda yəhudi liderini öldürməyə cəhd etdi”
Tehranın Evin zindanında 6 il həbsdə qalan və bir müddət öncə azadlığa buraxılaraq İngiltərəyə qayıdan Nazənin Zağəri SEPAH-da ondan zorla ifadə alındığını bildirib. “SEPAH məmurları casusluq etdiyim barədə özlərinin tərtib etdikləri etiraf mətnini mənə verdilər və onu imzaladıqdan sonra azadlığa buraxılacağımı dedilər”, – deyə Zağəri BBC radiosunun ingiliscə bölməsinə verdiyi açıqlamada bildirib.
O, SEPAH və təhlükəsizlik məmurlarının ondan məcburi etiraflar almaq prosesindən çəkiliş etdiklərini və o kadrları təbliğat vasitəsi kimi istifadə üçün bir gün yayacaqlarını söyləyib.
Nazənin Zağəri ondan məcburi etiraflar alındığı barədə Britaniya hökumətinə məlumat verdiyi halda Londonun bununla bağlı İran hökumətinə qarşı məsələ qaldırmamasını tənqid edib.
Qeyd edək ki, İran-Britaniya vətəndaşı olan Nazənin Zağəri 2016-cı ilin mart ayında İranda yaşayan ailəsini görmək üçün bu ölkəyə səfər etdiyi zaman İnqilab Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşları tərəfindən casusluq ittihamı ilə həbs edilmişdi.
O, 6 il zindanda saxlanıldıqdan sonra 2022-ci ilim mart ayının 16-da azadlığa buraxılaraq Britaniyaya qayıdıb.
Sözügedən Britaniya-İran vətəndaşlarının Məhəmmədrza Şah Pəhləvi dövründə İngiltərənin “Çiftayn” tanklarının alınmasına görə İrana olan 520 milyon dollar borcunun ödənilməsi ilə bağlı danışıqların müqabilində sərbəst buraxıldığı bildirilir.
İran rejimi son illər ölkəyə səfər edən bir sıra xarici vətəndaşları, o cümlədən də ikili vətəndaşlığı olan şəxsləri həbs etməklə, onlardan bəzilərini Avropa və Amerika zindanlarında saxlanılan özünə bağlı məhbuslarla mübadilə edib.
Qərb ölkələri isə bildirirlər ki, İran rejimi xarici ölkələrin vətəndaşlarını və ikili vətəndaşlığı olan şəxsləri əsassız ittihamlarla girov götürməklə, onların azadlığa buraxılması qarşılığında xarici dövlətlərdən imtiyaz almağa çalışır.