
Rusun gücü ...
... Ucuz və sonsuz insan resursu
... Ucuz və sonsuz insan resursu
Rusiya – faşistlərin işğal etdiyi ölkəni xatırladan dövlət
Yaxın xaric ölkələrdə qiymətlər necə artacaq?
Bundan sonra nə olacaq?
İnsanlar, şirkətlər və dövlətlər nəyə hazır olmalıdırlar?
Sovet ittifaqındakı sənayeləşmənin əsasını “Fordun memarı” qoyub
... Yaxud qırmızı imperiyanın boz adamları
Baltikyani ölkə modern dünya ilə ayaqlaşır
KQB növbəti nəsil agentlər üçün sənədlər şəbəkəsi hazırlayıb
Tarix təkrar olunur, hər şey plan üzrə gedir
... Yaxud Putin SSRİ xülyasından ayrılmayıb
“Bütün müvafiq tərəfdaşlarla yaxşı əlaqələrə malikdir”
Soyqırımı, repressiya, işğal, talan, torpaq ilhaqı və daha nələr ...
Tarixin düzgün tədris və təbliğ edilməməsinin acı nəticəsi...
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
Rusiya İmperiyasının müstəmləkələri olmuş keçmiş sovet respublikalarının cəmiyyətlərində “müstəqil dövlət” anlayışına inamsızlıq kədərli sindromdur.
Dünyanın bütün normal, sivil ölkələri Ukraynanın apardığı müharibənin azad və müstəqil dövlət naminə müharibə olduğunu anlayır və dəstək verir. Bu cəmiyyətlər üçün tarixin sınağından çıxmış dövlətçilik anlayışı, inamı bir tərbiyə, həyat tərzi və yaşam düsturuna çevrilib.
Amma MDB-nin və Yaxın Şərqin dövlət ola bilməyən keçmiş müstəmləkə ölkələri “müstəqil dövlət boş şeydir, mümkün deyil, hamısı Amerikanın planıdır, dünyada müstəqil dövlət var?” tipli şübhəli sualları ilə zəhlə tökürlər.
Cəmiyyətin öz gücünə inamsızlığı həm də dövlətçilik ideyasının kasadlığından, uzun illik müstəmləkə sistemi altında hüquqsuz, qorxu ilə yaşadığı dövranla bağlıdır yəqin ki...
Toplum olaraq dövlət qurmaq ideyasının deformasiyası qüssəli mənzərədir.
Azərbaycan cəmiyyəti bu baxımdan 90-cı illərdə böyük bir ideoloji müstəvi qura bildi. 1918-20-ci illərin Azərbaycan dövlətçiliyinin qısa tarixi milli-azadlıq ideyasına çox uğurla müncər olundu.
Bu tarix Azərbaycan dövlətinin fundamental əsasını yaratdı və cəmiyyəti toparladı.
Dövlətin qurulması üçün ideologiya, güclü liderlər və ona inam ən güclü faktordur. Bu olmasa dövlət qurula bilməz.
Vətən Müharibəsində Qələbəyə inam, Ordumuzun döyüş ruhu, Şəhidlərimizin Qəhrəmanlığı da yaşadığı müstəqil dövlətə olan inamından güc alırdı.
Müstəmləkə ruhunu daşıyanlar, “bizim üçün nə müstəqil dövlət?” “Kimdir bizi dövlət olmağa qoyan?” şüuru ilə yaşayanlar isə böyük qırğız yazıçısı Çingiz Aytmatovun manqurtunun qüssəli prototipləridir.