SEPAH daha bir polkovnikini itirdi
Əli İsmayılzadənin ölümü barəsində ziddiyyətli xəbərlər var
CAVİDAN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
“Bunu çox müəmmalı şəkildə etdilər”
SEPAH Tramp dövründə İsraillə gəmi müharibəsini işıqlandırır
-
“Müqavimət oxu” mifi
İran yalnız təhlükə ilə üz-üzə qalanda terrorçularını səfərbər edir
-
SEPAH-dan seçkilərə müdaxilə cəhdi
İranlı hakerlər Donald Trampın seçki qərargahını hədəf alıb
-
Zərif gülümsəmə, yoxsa Araqçı zəhrimarı
... Yaxud Nyu-York bandası və əhəmiyyətsiz bir detal!
-
İranın Suriyanın şərqində pəncələri
Bölgə hökumətin gizli şərikliyi ilə fars rejimi ambisiyasının təsiri altına düşüb
-
Tehranda Nazirlər Kabineti böhranı
Pezeşkianın SEPAH-dan qorxması islahatçıları narazı saldı, Zərif istefa verdi
-
Suriyanın üç tərəfində silah səsləri
Şərqdə və şimalda münaqişələr, cənubda isə gərginlik hökm sürür
-
Raketləri yumurtadan çox olan ölkə
Pezeşkianın prezidentliyindən kənarda dəyişən cəmiyyət və sabit rejim
-
Təcavüz etdikdən sonra öldürüblər
Meyiti 9 gün sonra morqda tapılan qızın dəhşətli sonu
-
Tehran-İsfahan-Məşhəd arasında “gəzinti”
Zahidinin ölümündən əvvəlki səyahət marşrutu suallar yaradıb
-
Dini SEPAH “qoruyacaq”
“Əxlaq polisi”nin səlahiyyətləri İslam İnqilabı Keşikçiləri Korpusuna verildi
-
“Təmkinlə hərəkət etməsələr”
SEPAH himn oxumayan futbolçuları hədələyib
-
SEPAH generalından acı etiraf
Son etirazlarda 300-dən çox insan həlak olub
-
İsfahanda SEPAH zabiti öldürülüb
Şəhərin ən böyük zavodlarından birində tətillər başlayıb
-
Daha üç SEPAH komandirinə sanksiya
Fars-molla rejimi dinc əhaliyə odlu silahlardan istifadə edir
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 840-cı Qüds qüvvələri bölməsinin polkovniki Əli İsmayılzadə müəmmalı şəkildə ölüb. Məlumata görə, o, mayın 30-da Kərəc şəhərinin “Cahannuma” məhəlləsində öz evində öldürülüb.
Ə. İsmayılzadə bundan öncə mayın 22-də Tehranda öz evinin qarşısında güllələnərək öldürülən polkovnik Həsən Səyyad Xudayinin yaxın silahdaşlarından biri olub.
Polkovnik Əli İsmayılzadənin ölüm xəbərinin bir neçə gün təxirlə yayılmasından sonra İnqilab Keşikçiləri Korpusunun komandanlığı və İran rəsmiləri onun ölümü barəsində ziddiyyətli məlumatlar veriblər.
SEPAH nümayəndələri İsmayılzadənin ailəsindən ayrıldığı və sarsıntı keçirdiyi üçün intihar etdiyini, bəziləri isə evinin damından yıxıldığı üçün həyatını itirdiyini iddia edirlər.
Hökumətə müxalif qaynaqlar isə polkovnik Əli İsmayılzadənin İsrailə casusluqda şübhəli bilindiyi üçün SEPAH tərəfindən aradan götürüldüyünü bildirirlər.
Qeyd edək ki, bundan öncə mayın 22-də Əli İsmayılzadənin yaxın silahdaşı SEPAH-ın yüksək rütbəli zabiti Həsən Səyyad Xudayi Tehranda öz evinin qarşısında iki motosikletçi tərəfindən güllələnərək öldürülüb.
Polkovnik Həsən Səyyad Xudayi 840-cı Qüds qüvvələri bölməsinin komandir müavini olub. 840-cı Qüds Qüvvələrinin missiyası İsrail maraqlarına zərbə vurmaq və İsrail vətəndaşlarına hücum etmək və bölgə ölkələrində İranmeyilli terror qruplaşmalarını təşkilatlandırmaqdan ibarətdir.