
İranla MAQATE saziş imzaladı
Nüvə yoxlamalarının bərpasını təmin edəcək razılaşma əldə olundu
Nüvə yoxlamalarının bərpasını təmin edəcək razılaşma əldə olundu
Qrossi yoxlamalarla bağlı aparılan görüşlərdə İrana xəbərdarlıq etdi
Tehran nüvə silahı hazırladığı iddialarını dəfələrlə rədd etmişdi
İrandan Avropaya sanksiya xəbərdarlığı
Agentliyin rəhbəri Rafael Qrossi yüksək səviyyəli qoruma altına alınıb
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
Fars-molla rejimi Pezeşkianı hədəfə alıb
Pezeşkian: “Tehranda su yoxdur, ...”
“Prezident səlahiyyətlərinin valilərə verilməsi” adı altında ölkənin hərbi-siyasi strukturuna tam nəzarətin qurulması
Pezeşkian qanun imzalayıb
İran zənginləşdirilmiş uran ehtiyatını artırır
MAQATE direktoru Rafael Qrossi Tehrana gedib
MAQATE-dən həyəcanverici hesabat – 6 nüvə başlığı raketinə az qaldı
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
Qərb Tehranın nüvə silahları əldə etməsinə mane olmaqda qərarlıdır
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Tehranı nüvə fəaliyyətləri ilə bağlı Birləşmiş Millətlər Təşkilatının nəzarət orqanı ilə əməkdaşlıq etməməkdə ittiham edib.
O, İran hökumətinin ölkədəki 3 məxfi nüvə təsisatı ilə bağlı indiyə qədər etibarlı izahat vermədiyini bildirib.
Qrossi İranın nüvə proqramının davam etdirilməsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulması olduğunu vurğulayıb.
Bu barədə agentliyin rəhbəri Rafael Qrossi sözügedən təşkilatın Vyanada baş tutan iclasında çıxışı zamanı deyib.
O bildirib ki, İran 2018-ci ildə Tehranın Turquzabad bölgəsindən daşınan nüvə maddələrinin saxlandığı yaxud bu maddələrlə çirklənmiş avadanlıqların yeri barədə MAQATE-yə heç bir məlumat verməyib .
Qrossi sonda Beynəlxalq Agentliyin İranla dərhal hazırkı problemləri həll edərək, bu ölkənin nüvə proqramının tamamilə sülh məqsədli olduğuna əmin olmaq üçün danışıqlar aparmağa hazır olduğunu qeyd edib.
“Onların nüvə silahı əldə etmələri üçün çox vaxt qalmayıb. MAQATE-İran əməkdaşlığının daha da azaldılması heç kimin xeyrinə deyil”, – deyə, Rafael Qrossi bildirib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısı bildirib ki, İran yeni sentrifuqalar hazırlamağa davam edir, bu da onların daha çox və daha sürətli istehsal texnologiyasına nail olmağa çalışdıqları deməkdir.