Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
12:04 | 7 iyun 2022 | Çərşənbə axşamı
Məqaləyə 1423 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Səudiyyə Ərəbistanı və digər istehsalçılar bazara daha çox neft vurmaqla bağlı razılığa gəliblər, amma neftin qiyməti düşmək bilmir. Avqust çatdırılmaları üçün nəzərdə tutulmuş “Brent” neftinin bareli dünən – iyunun 6-da 119.51 dollara bərabərləşib. Bu isə OPEC+ qrupunun ötən həftəki toplantısından öncəki həddən yüksəkdir.
“Financial Times” qəzeti neftin mərkəzi bankı hesab olunan Səudiyyə Ərəbistanının addımlarına baxmayaraq neftin ucuzlaşmamasının səbəblərindən yazır.
Ər-Riyad Ağ evin aylarla çəkən təzyiqindən sonra digər OPEC+ üzvləri ilə hasilatı artırmağa razılaşıb. Artım günə 650 min barelədək əlavə neft deməkdir.
***
Məqsəd qlobal iqtisadi artımı təhdid edən, ABŞ-da benzini tarixi yüksək həddə yüksəldərək Prezident Co Baydenə siyasi başağrısı yaradan neft bahalanmasını cilovlamaqdır. Təhlilçilər bu razılaşmanın həm də Səudiyyə ilə Bayden administrasiyası arasında buzun əriməsinə işarə olduğunu deyirlər.
Ancaq məsələ ondadır ki, yeni artım gözlənən həcmdən azdır. Hər ay üçün günə 432 min barel ol onsuz da planlaşdırılmış və bazar qiymətinə salınmışdı. OPEC+un daha kiçik üzvləri son aylar günə 2.6 milyon barel daha az neft istehsal edirdi. “S&P Global” bunun qlobal neft tələbatının 3 faizinə bərabər olduğunu bildirir.
ABŞ OPEC+dan hasilatda daha çox artım gözləyirdi. Məsələ bundadır ki, ABŞ-ın öz təchizatçıları belə yeni quyular qazmağa meylli deyillər. Üstəlik, Venesuelanın sanksiya altında olan neft sektorundan ixracın artırılması cəhdləri nəticəsiz qalıb. Qəzet yazır ki, İranla yeni nüvə sazişi ilə bu ölkənin bazar payının qaytarılması uzaq görünür. Tehran-ın ABŞ daxil dünya gücləri ilə nüvə sazişini bərpa etməsi yönündə danışıqlar gedir.
***
“Morgan Stanley” qeyd edir ki, Səudiyyənin təchizatı gücləndirmək qərarı OPEC-in ehtiyat hasilat gücünə təzyiqi artırır. Onsuz da bu fövqəladə təchizat buferi “tarixi aşağı” həddə – günə 2 milyon barellə düşüb.
Digər tərəfdən, istehlak da yüksəlməkdədir. Çin iqtisadiyyatı Covid-19 lokdaunlarından qayıdır. OPEC bu il dünyada günə 100.3 milyon barel neftin işlənəcəyini bildirir. 2021-ci ildə bu göstərici günə 97 milyon barel idi.
“Financial Times” yazır ki, yalnız tələbat səngiyəcəyi halda qiymət sıçrayışı dayana bilər. Ancaq son iki ildə qiymətdə 500 faizdən çox artıma baxmayaraq, neftin qiyməti 2008-ci ildəki tarixi pik həddən aşağıdır. Yəni, təhlilçilər qiymətin daha da yüksələcəyini istisna etmirlər.