vaxtlı-vaxtında oxuyun! Bazar, 22 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ELM-TƏHSİL, DİN  
11:08 | 14 iyun 2022 | Çərşənbə axşamı Məqaləyə 1320 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Vahid formaya tədricən keçiləcək”

Təhsil naziri: “Əhalinin sosial vəziyyətini nəzərə alırıq”

“Məktəbli formalarının olması tənzimləyici qaydadır. Yəni hər bir məktəb özü daxildə bu qərarı verməlidir. Sadəcə qərarı verəndə qaydada nəzərdə tutulan məktəbli formalarından istifadə etməlidirlər”.

Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, qaydanın məqsədi daha çox məktəbli formaları ilə bağlı qərar verdikdə hansısa seçimə şərait yaratmaqdır: “Hesab edirəm ki, vahid məktəbli formasına keçid tədricən olacaq. Təbii ki, əhalinin sosial vəziyyətini nəzərə alırıq və bu istiqamətdə addım-addım getmək istəyirik. Şagirdlərin vahid və müxtəlif çalarları olan məktəbli formasına keçməsi müsbət hal olacaq, eyni zamanda məktəb daxilində istər müəyyən sosial bərabərsizliklərin görülməsinə, istərsə də davranış dəyişikliklərinə təsirini göstərmiş olacaq”.