
Epşteyn işi Mandelsonu sonu oldu
İngiltərənin Baş naziri səfiri vəzifəsindən uzaqlaşdırdı
İngiltərənin Baş naziri səfiri vəzifəsindən uzaqlaşdırdı
“Vəliəhd şahzadə üçün pis xəbər”
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Populyarlığı rekord səviyyədə düşdü
Marketlərdə satılan bakteriyalı ağartıdan 2 nəfər öldü
Şahzadə Harri 18 ay sonra ilk dəfə atası Kral Çarlz ilə görüşdü
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Fransada etirazlar səngimiz
Fransada isə yeni baş nazirə qarşı etirazlar davam edir
Keir Starmer: “İngiltərənin Polşaya dəstəyini açıq şəkildə bildirdim”
İki nəfər ağır yaralandı
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
Bazar ertəsi Fransada tüğyan edən istilik dalğası zirvə nöqtəsinə çatdığı üçün ölkə yüksək hazırlıq vəziyyətində olub. Avropanın cənub-qərbində davam edən meşə yanğınlarında isə heç bir azalma əlaməti yoxdur.
Sinoptiklər ekstremal temperatura görə Fransanın 15 nazirliyini ən yüksək xəbərdarlıq vəziyyətinə gətirib. Belə ki, gələn həftə qonşu Böyük Britaniyada yeni istilik dalğası rekord həddə çatmalıdır.
İsti son bir neçə həftə ərzində Avropanın cənub-qərb hissəsini bürüyən ikinci istilik dalğası səbəbindən baş verən yanğınlar Fransa, Yunanıstan, Portuqaliya və İspaniyada minlərlə hektar ərazini məhv edib, minlərlə sakin və turisti qaçmağa məcbur edib.
Alimlər baş verənlərdə iqlim dəyişikliyini günahlandırır və isti hava dalğaları, quraqlıq kimi ekstremal halların daha intensiv olacağını proqnozlaşdırır.
Sinoptik Olivye Prustun bazar ertəsi bildirdiyinə görə, Fransanın cənub-qərbindəki Akvitaniya bölgəsindəki Landes meşəsində havanın temperaturu Selsi ilə 42 dərəcədən yuxarı olacaq.
Mütəxəssislərin fikrincə, son zamanlara qədər ən güclü istilərdən xilas olan Britaniyada temperatur 40 dərəcədən yüksək ola bilər ki, bu, bölgə üçün rekord hədd demək olacaq.
Cənub-qərb Jiron bölgəsində yanğınsöndürənlər çərşənbə axşamından bəri başlayan təxminən 11 min hektar ərazidəki meşə yanğınları ilə mübarizəni davam etdirib.
Bu arada, İspaniya rəsmiləri ölkənin cənubundan tutmuş ucqar şimal-qərbdəki Qalisiyaya qədər müxtəlif bölgələrdə 20-yə yaxın meşə yanğınının hələ də nəzarətdən çıxdığını və alovların təxminən 4500 hektar ərazini məhv etdiyini bildirib.
Keçən həftədən bəri yanğınlar İspaniyada artıq bir neçə mülki vətəndaşın və fövqəladə hallar işçisinin ölümünə səbəb olub.