
Tehran TRIPP-ə qarşı “trip” atır
Ermənistan isə İranı “Tramp Yolu”na döndərməyə çalışır
Ermənistan isə İranı “Tramp Yolu”na döndərməyə çalışır
Moskva Bakı-Kiyev əməkdaşlığından narahatdır
Azərbaycanla Ermənistan arasında müqavilə ABŞ-da imzalana bilər
Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
Prezident İlham Əliyevin aforizmə çevrilən ifadəsi – ...
Sənəddə erməni xalqının günahı mütləq qeyd olunmalıdır...
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
SEPAH-dan Bakı-İrəvan razılaşmasına qarşı mövqe
Pezeşkian “Zəngəzur koridoru” layihəsinə qarşı tənqidləri yumşaldıb
İran Trampın Zəngəzurda planlaşdırdığı dəhlizə mane olmaqla hədələyib
Azərbaycan və Ermənistanın Ağ Evdə imzalanan sülh sazişinin mətni açıqlanıb
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
ABŞ və Türkiyə Rusiyanı Cənubi Qafqazdan çıxarır
Tarixi faktlar və ideoloji əsaslar
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu gün Bakıda imzalayıblar.
Sənəd tərəflər arasında strateji əməkdaşlığın daha gücləndirilməsinə xidmət edəcək.
Aİ Azərbaycandan aldığı qazın həcmini 2 dəfə artırmaq və növbəti 5 ildə ən azı 20 milyard kub metr qaz idxal etmək niyyətindədir. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunun daha da artacağı anlamına gəlir.
Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın geo-strateji mövqeyi daha güclənməkdədir. Azərbaycan Şahdəniz” ilə yanaşı çox yaxın gələcəkdə daha 5 yataqdan (“Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”) qaz hasil ediləcək. Bu ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da artıracaq. Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni və mühüm alternativ enerji mənbəyin çevrilməkdədir. Artıq “Köhnə Qitə”də Azərbaycan qazını almaq istəyən dövlətlərin sayında kəskin artımlar var. Bu ay istifadəyə verilən Yunanıstan-Bolqarıstan Daxili Şəbəkə ilə ən azı digər 4 Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevrilə bilər.
Memorandum tərəflər arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutsa da bütövlükdə İttifaq ilə Azərbaycan arasında strateji əlaqələrin dərinləşməsi müşahidə olunur. Yeni düzən fonunda bu Azərbaycanın geo-siyasi mövqeyinin daha da gücləndirilməsinə xidmət edəcək.
Azərbaycan Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Avropa Birliyinə mavi qaz ixracatını ən çox artıran ölkədir. Bu ilin ilk yarısında Azərbaycan Avropaya qaz ixracatını əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 68.7 faiz artıraq 3.2 milyard kubmetrdən 5.4 milyard kubmetrə yüksəldib.
Aİ də Cənubi Qafqaz ölkələrinin əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır. Belə ki, Aİ-nin ümumi ticarət dövriyyəsində payı Azərbaycanda 36.7, Gürcüstanda 23.9, Ermənistanda 18.0 faizdir. İttifaq pandemiyadan əvvəlki il, yəni 2019-cu ildə Azərbaycanda 2.6, Gürcüstan 1.2, Ermənistanda isə 1.0 milyard avro sərmayə qoyuluşu həyata keçirib.
Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi ötən il 15 milyard dollaradək yüksəkilib. Bütövlükdə ixracatımızın təxminən 48 %-ə yaxını İtaliyaya yönəlib. Bu isə Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i isə Azərbaycanın payına düşür. Bu baxımdan Azərbaycan da Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır.
Sabah isə Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının növbəti iclası keçiriləcək. Avropa İttifaqı ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişinin imzalanacağı gün də uzaqda deyil.