vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
PROBLEM  
09:57 | 12 sentyabr 2022 | Bazar ertəsi Məqaləyə 5322 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Real insansız?”

Yeni dələduzluq növü peyda olub

Bəzən olur ki, pul köçürmək lazım olduqda içində vəsait olmayan kartı heç nədən ehtiyat etmədən kiməsə göndəririk. Düşünürük ki, boş olan kartın göndərilməsi heç bir problem yaratmayacaq. İT mütəxəssisləri isə əksini deyir. Dələduzlar boş kart vasitəsilə də insanların pul olan hesablarına çıxış əldə edə bilirlər. Odur ki, diqqətli olun.

İT mütəxəssisi Fərid Pərdəşünas “Xəzər Xəbər”ə dediyinə görə, şəxsi kart kodlarınızı heç kimə verməyin.

Çünki FİN kodla da bankın mobil tətbiqlərində qeydiyyatdan keçmək olur. Eyni zamanda boş kart vasitəsilə insanların pul olan hesablarına çıxış imkanı əldə etmək olur.

Mütəxəssis qeyd edib ki, əsasən bu hal elan saytlarında baş verir. Bildirilir ki, kartınıza pul göndərmək istəyirik, amma bilmək istəyirik real insansız, yoxsa yox. İnsanı belə aldadaraq şəxsiyyət vəsiqəsini əldə etməyə çalışırlar.

Fərid Pərdəşünas vurğulayıb ki, lazımsız hesab edilən kartın məlumatlarını da paylaşmaq eyni dərəcədə təhlükəlidir.

Beləliklə, şəxsi kart kodlarınızı heç kimə verməyərək bank kartlarını dələduzlardan qorumaq mümkündür.