
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şimali Koreya motoru işə saldı
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Modern silahlar ilk dəfə təqdim edildi
zirehli qatarla ...
Şimali Koreya Rusiya ilə heç bir “silah müqaviləsi” bağlamadığını bildirib və bu ittihamları “respublikanın imicini ləkələmək” cəhdi adlandırıb. Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) ölkənin Müdafiə Nazirliyinə istinadən bildirib.
Bundan əvvəl ABŞ Şimali Koreyanın Moskvaya külli miqdarda silah tədarük etdiyini açıqlayıb və Koreya Xalq Demokratik Respublikasını (KXDR) əlavə sanksiyalarla hədələyib.
Pxenyan “Rusiya ilə heç vaxt silah müqaviləsi olmadığını” deyib.
“Biz bir daha aydın şəkildə bildiririk ki, bizim Rusiya ilə heç vaxt “silah müqaviləmiz” olmayıb və gələcəkdə bunu etmək planımız da yoxdur”, ölkənin Milli Müdafiə Nazirliyinin bəyanatında deyilib.
KXDR Müdafiə Nazirliyinin Silahlar Baş İdarəsinin rəis müavini silah alqı-satqısı versiyasını “respublikaya qarşı böhtan” adlandırıb. “Biz ABŞ-ın bu cür intriqalarını respublikamızın beynəlxalq aləmdə imicinə xələl gətirmək üçün düşmənçilik cəhdlərindən biri kimi qiymətləndiririk”, – bəyanatda bildirilib.
Noyabrın əvvəlində ABŞ Milli Təhlükəsizlik Şurasının kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CNN telekanalına deyib ki, Şimali Koreya payızın əvvəlində Rusiyaya xeyli miqdarda artilleriya mərmiləri göndərib. Ertəsi gün Dövlət Departamenti bu səbəbdən ABŞ-ın İrana qarşı tətbiq edilən sanksiyalara bənzər sanksiyalardan Şimali Koreyaya qarşı da istifadə edəcəyini bildirib.
Dövlət Departamentinin sözçüsü Ned Prays Şimali Koreyanın gizli olaraq Rusiyaya xeyli artilleriya mərmiləri verdiyini, lakin bu tədarüklərin əslində haraya ünvanladığını gizlətdiyini bildirib. O əlavə edib ki, Şimali Koreya onları Yaxın Şərq və ya Şimali Afrika ölkələrinə çatdırılma kimi təqdim edir.
Noyabrın 5-də Şimali Koreyadakı hadisələri izləyən Vaşinqtonda yerləşən “North 38” adlı mərkəz Şimali Koreyadan Rusiyaya şübhəli qatarın gəldiyini bildirib. Mütəxəssislərin fikrincə, belə qatarların hərəkəti son bir neçə ildə ilk dəfədir müşahidə olunur.
Qərb ölkələrinin bəyan etdiyi kimi, Rusiya Ukrayna ilə müharibədə artıq İran istehsalı olan “Şahed-136” kamikadze dronlarından istifadə edir. Rusiya onlardan xüsusilə oktyabrın 10-11-də Ukrayna şəhərlərinə kütləvi hücumlar zamanı istifadə edib.
İran artıq Rusiyanı “Şahed” dronları ilə təmin etdiyini etiraf edib. Lakin o, dronların Rusiyaya Ukraynaya genişmiqyaslı müdaxilənin başlamasından əvvəl göndərildiyini iddia edib.