Hizbullah əslində erməni təşkilatıdır
Keqam Hatçeryan Şeyx Həsən Nəsrullahla nəyi müzakirə edib?
Zaur ƏLİYEV, dosent
MÖVZU İLƏ ƏLAQƏLİ
-
7 ildə 16 terror ...
Sonuncu teraktdan 2 ildən artıq vaxt keçmişdi
-
Terrorun sifarişçisi kimdir?
ASALA və ya TAK sadəcə, marionetlərdir
-
Xomeyninin qoruyucusu olan ASALA
İranın erməni sevgisinin əsl səbəbi...
-
Əmr İrəvandan verilib
Los-Anceles və Brüssel təxribatının pərdəarxası
-
Terrorçubaşının nəşinin təmtərağı
Bunu ifşa etmək lazımdır!
-
Putin emissarının İrəvan səfəri, PKK-erməni dostluğu və Qarabağ...
Rus xəfiyyəsi Narışkinin Ermənistan ziyarətində Türkiyə «izi» və... səfərin bəzi başqa pərdəarxası məqamları
-
Terrorun yeni təzahürü...
...və dünyaya yayılma təhlükəsinin bir sıra aspektləri
-
Terrorçulara «toxunulmazlıq» statusu verən ölkələr
ABŞ kəşfiyyatı ASALA, PKK, Hizbullahın dəstəkçilərinia ifşa etdi
-
Terrorun dini olmur
Fin deputatın dediklərinə replika
-
Erməni terrorçunun etirafı
ASALA işğal olunmuş Azərbaycan ərazilərində
-
«Erməni soyıqırmı» ilə bağlı abidə söküləcək
Türkiyənin Azərbaycandakı səfiri xəbəri təsdiqləyib
-
«Türkiyənin kürd yox, erməni problemi var»
General Vəli Kiçik: «Azərbaycana gedib lazımi işləri görəcəyəm»
-
«Yeni tanklar, raketlər alırıq»
Asim Mollazadə: «Azərbaycan ərzaisinin 20 faizini itiribsə, Ermənistan müstəqilliyini 100 faizini də itirib»
-
Melkonyanın əsgəri məhv edildi
Kəlbəcərdə öldürülən erməni ASALA-da döyüşmüş terrorçuymuş
-
ASALA haqqin.az-ı dağıtdı
Hakerlər sayta öz şüarlarını yerləşdirib
-
«Hitlerin «selfie» şəkli»
Uduzan döyüşçüyə «qəhrəman» demirlər
İranda İslam inqilabı adı altında hakimiyyətə gələn Xomeyni və onun tərəfdarlarının Türk dünyasına, İsrailə, Amerikaya qarşı terror planlarını icra etməsi üçün yaratdığı terror təşkilatı Hizbullah barədə çox yazıblar. Azərbaycanda çox təəssüf ki, bu terror təşkilatına güvənən xain qüvvələr bu təşkilatın yaradılmasında erməni terrorunun da böyük dəstəyi olduğunu da bilmirlər. Hizbullah İranda İslam inqilabının qələbəsindən ruhlanaraq 1982-ci ildə Livanın cənub hissəsini işğal etməkdə olan İsrail qüvvələrinin həmin ərazilərdən çıxarılması məqsədilə yaradılmışdır. Partiyanın hazırkı rəhbəri Seyid Həsən Nəsrullahdır.
Bu şəxsə sevgi bəsləyən insanlar onun əsl kimliyini bilmirlər. Qeyd edim ki, Hizbullah lideri Şeyx Həsən Nəsrullah erməni mühitində, erməni məhəlləsində böyüyüb. Ətrafı ermənilər olub və Qumda təhsil almaq üçün getdiyində onun maliyyəsini ermənilər çəkiblər. Qumda İran kəşfiyyatının təsirinə düşüb xüsusi hərbi hazırlıq keçən Nəsrullah Asala terrorçularının sevimli tələbəsi olub. Ermənilərin himayəsində böyüyən bu şəxs onları özünün mənəvi atası hesab edibdir.
Buna görə də televiziya və mətbuatda çıxış edən, Livanın və İranın daxili siyasi problemlərindən danışan Nəsrullah hər zaman ermənilərin hər iki ölkənin ictimai həyatındakı rolunu yüksək qiymətləndirib. Erməni partiyaları vaxtaşırı Hizbullah rəhbərliyi ilə görüşür, erməni gənclər təşkilatları Hzibullah düşərgələrində təlimlər keçirlər. Erməni Apostol Kilsəsinin (AAC) Livan yeparxiyası yepiskopu Keqam Hatçeryan dəfələrlə Hizbullahı erməni xalqının dostu və xilaskarı adlandırıb.
“Hizbullah”, Beka vadisində və Baalbek şəhərində hava limanı yaxınlığında yerləşən səhra düşərgələrində (yeri gəlmişkən, Baalbek hazırda hərbi əməliyyatların mərkəzi olan Livanın cənubunda yerləşir) ASALA silahlıları üçün təlimlər təşkil edir. Beyrutda keçirilən təlimlərə Livan, Suriya, İran, Türkiyədən ermənilər cəlb olunub, burada silahlılar hərbi-psixoloji təlim keçirlər.
1990-cı illərin əvvəllərində, Qarabağ müharibəsinin qızğın vaxtında Hizbullah təlimlərində iştirak edən erməni terrorçuları Hizbullah təlimatçılarının hazırladığı silahlıların əli ilə neçə-neçə azərbaycanlı qətl edildi, yaşayış məntəqələrimiz bu müsəlman təşkilatının üzvləri və yetirmələri tərəfindən işğal edildi. Məhz ermənilərlə yanaşı Hizbullah üzvü olan müsəlmanların da Qarabağa gəlib Ermənistan tərəfindən döyülməsinin əmrini də Həsən Nəsrullah veribdir. Məhz Hizbullah və onun yaradıcısı olan İran İslam dövləti Ermənistanın xilaskar ölkəsi kimi çıxış edib onlara yardım etməsələr idi və bu yardım olmasaydı, Ermənistan uzun müddət Azərbaycan və Türkiyənin iqtisadi blokadasının öhdəsindən gələ bilməyəcək və Dağlıq Qarabağ üzrə danışıqlar prosesində ciddi güzəştlərə gedəcəkdi.
Niyə bu adam haqqında yazdım. İlk olaraq Azərbaycanda bu təşkilata rəğbət bəsləyən xainlər görsünlər ki, onların inandığı şəxs terrorçudur və ermənilər onu yetişdirib. İkinci Azərbaycanda Hizbullah şiə təşkilatı deyənlər görsünlər ki, bu terrorçu qrup əslində ermənilərə xidmət edən təşkilatdır və üçüncüsü bu gün İstanbulda terror aksiyasının arxasında ASALA ilə yanaşı bu təşkilatın da olması ehtimalını edirəm. Çünki ASALA 30 ildir Hizbullah düşərgələrində gizlənib və onun himayəsi altında yaşayır...