Medallı xörəkpaylayan ...
... və ya Orxan Camal cinayəti
İbrahim NƏBİOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Putinin “4-cü respublikası”
Reallıq, yoxsa mif?
-
“Tramp verdiyi sözü yerinə yetirmədi”
Putin: “İş burasındadır ki, belə variantlar heç kimlə keçmir”
-
Putinin arxayınlığının sirri
“Ermənistanda yaxşı bilirlər ki, Moskvadan üz döndərsələr Azərbaycan əzəcək...”
-
“Bu yolla hakimiyyətə gəlmək olmaz”
Moskva İrəvana xəbərdarlıq etdi
-
“Paşinyanı öldürə bilərlər...”
Ermənistanda baş nazir davası qızışıb, İrəvanda genişmiqyaslı aksiyalar davam edir
-
Paşinyanın seçilməsini Putin əngəllədi?
Erməni jurnalist Rusiya prezidentinə məktub ünvanladı: “Siz də ona yeni nəfəs verə bilməzsiniz”
-
Ermənistan kritik həftəyə girdi
Müharibənin “fitil”i çəkilə bilər
-
“Lavrov gedir, Qarabağ qayıdır...”
Kremlin ilginc ssenarisi işə düşür
-
«Atəşkəsə əməl edəcəksən!»
Putin Əsədə əmr verdi
-
«Soyuq müharibə» qapıda
Bakı üçün kritik il, çətin seçim; ABŞ-Rusiya qarşıdurmasının 2018-də pik həddə çatacağının anonsu verildi
-
Rusların hərbi əzələsi
Putinin Suriya müharibəsi xaricdə onun prestijini necə artırdı?
-
ABŞ-ın uğursuz «ərəb ssenariləri»
... Yaxud Suriyanı qələbə kimi «oformit» eləmək Putinin nəyinə lazımdır?..
-
Putin qoşunların Suriyadan çıxarılmasına əmr verdi
«Bir də baş qaldırsalar onlara elə zərbə endirəcəyik ki...»
-
Putin Əsəddə israr etmir
Rusiya qoşunlarının Suriyadan niyə tələsik çıxarmaq tapşırılıb...?
-
«O, xəstə küçükdür»
Trampdan ağır təhqirinə Moskva reaksiya verdi
-
Oliqarxlar panikada
Daniel Frid «mən hələ belə şey görməmişdim» deyir...
2006-cı ildə çəkilmiş fotoda da Yevgeniy Priqojini (Евгений Пригoжин) görürük. Yenə də “ofisiant”dır, ancaq diqqət edin, artıq döşünü medal bəzəyir.
Boynunda kəpənək qalstuk, döşündə medal – Siz heç medallı “xörəkpaylayan” gördünüzmü?
Sosisli sendviç (Hot Dog) satmaqdan Rusiyanın ən qüdrətli adamlarından birinə çevrilən Priqojin başgicəlləndirici karyerasını Putinə yaxınlığına, onun şəxsi aşpazı olmasına borcludur.
2022-ci ildə ölkənin ən ali mükafatına – “Rusiya Qəhrəmanı” adına layiq görülmüş Priqojinə dünyanın bir çox ölkəsi sanksiya tətbiq edib. ABŞ-ın Federal Təhlükəsizlik Xidməti (FBI) onu beynəlxalq axtarışa verib, başına da pul qoyub.
Bir vaxtlar Putinin özəl qonaqlarına xidmət göstərən Priqojin bu gün “Vaqner muzdluları”nın (“ЧВК Вагнера”) rəhbəri kimi bilinir. “Özəl Hərbi Şirkət”in muzdluları QRU (Baş Kəşfiyyat İdarəsi) xüsusi təyinatlılarının zabiti, ehtiyatda olan polkovnik-leytenant, dörd “İgidlik” ordeninin sahib Dmitriy Utkinin komandanlığı altında Luqansk, Donetsk, bir neçə Afrika ölkəsində, Suriya, Ukrayna və b. yerlərdə hərbi əməliyyatlarda iştirak edib, bir çox hərbi cinayətlərə imza atıblar.
“Vaqner” şirkəti ABŞ-ın sanksiya siyahısına daxil edildi, Ağ Ev onu yaxında terror təşkilatı olaraq tanımağa hazırlaşır…
Vaqnerçilərin terrorçu olduğu haqda ilk dəfə 2018-ci ildə – “Vaqner”in Mərkəzi Afrika Respublikasındakı fəaliyyəti ilə bağlı araşdırma aparan jurnalistlər Orxan Camal, Aleksandr Rastorquev və Kirill Radçenko qətl edilən zaman yazmışdım. Bir çox mənbələr onların ölümünü Priqojinin fəaliyyəti ilə əlaqələndirmişdi.
Orxan Qarabağ xanlarının nəslindən olan tanınmış filosof, teoloq, mərhum Heydər Camalın oğludur. Onunla 1988-ci ildə Moskvada tanış olmuşdum. Çox eksentrik, hiper-aktiv və çox da maraqlı insandır. Yaxın münasibətlərim olmasa da xeyli ortaq dostlarımız vardı.
Həyatı ilə “rus ruleti” oynayan Orxanın qətlə yetirildiyində cəmi 52 yaşı vardı… Görkəmli ictimai xadim, alim, filosof Heydər Camal əslən Şuşalı idi.
Bir çox elmi əsərində, məqalə və çıxışlarında Qarabağ probleminin həllini Azərbaycan xalqının birləşərək hərbi yola baş vurmasında görürdü.
Heydər Camal Türk-İslam aləminin şahlanışının Qarabağın azad edilməsi, Şuşanın yağı düşməndən təmizlənməsi ilə başlayacağına inanırdı…
Təəssüf ki, nə atası, nə də özü Şuşanın azad edilməsini görmədilər…
Avropa Parlamenti Rusiyanı “terrorun sponsoru ölkə” elan edən qətnamə qəbul edib. Bunun Rusiyaya ciddi bir təsiri olmayacaq.
Əsil həngamə ABŞ-ın Rusiyanın terrorun sponsoru kimi tanımasından sonra olacaq. Bunun isə çox-çox ciddi nəticələri olacaq – Rusiya Federasiyasının aktivlərinin dondurulması və yeni sanksiyalar, o cümlədən viza sanksiyaları və s. .
İnanıram ki, çox yaxında caniləri Haaqa Məhkəməsi qarşısına çıxaracaqlar.
Orxan Camalın da qanı yerdə qalmayacaq…