Zaman səyahətinin düsturu
Nəzəri cəhətdən mümkündür, amma ...
XALİDƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Atom nüvəsinin enerji vəziyyəti dəyişdirildi
Nüvə fizikasında təməlqoyma addımı
-
Hər şeydən əvvəl cazibə vardı
...Yaxud Nyutonla Eynşteyni birləşdirən nədir?
-
Elm gününün proqramları
“Tarixdə ancaq elmə, təcrübəyə və məntiqə önəm verən cəmiyyətlər qalacaq”
-
Zamanda səyahətin mümkün olub-olmaması və bunun baş verərsə, hansı nəticələrə səbəb ola biləcəyi ilə bağlı müzakirələr illərdir davam etsə də, bir astrofizik onun sirrini açdığını iddia edir.
10 yaşında atasını itirdikdən sonra özünü kitablara həsr edən Ron Mallett H.G.Uellsin “Zaman maşını” kimi romanları ilə zaman səyahətinə heyran olub. Ömrünü keçmişə gedib atasını yenidən görməyə imkan verəcək zaman maşınının icadına həsr edən astrofizikin nəzəriyyəsi qara dəliklərə əsaslanır.
Kosmos-zaman toxumasının çay kimi bir istiqamətdə axdığını düşünsək də, Mallettə görə fırlanan qara dəliyin böyük çəkisi burulğanlar yarada bilər və zaman bu burulğanlarda tərsinə dönə bilər.
Belə görünür ki, qara dəliklər qravitasiya sahəsi yarada bilər ki, bu da bizə zamanda geriyə səyahət etməyə imkan verən zaman dövrələrinə səbəb ola bilər.
Fizik deyir ki, zaman maşını ideyası cazibə qüvvəsini idarə edə bilən “davamlı fırlanan intensiv işıq şüası” ətrafında dövr edir. Mallett tənliyinə əsaslanan cihaz, lazer işığının halqasından istifadə edərək qara dəliyin məkan-zamanı təhrif edən təsirlərini təqlid edərək işləyəcək.
Bu günə qədər alimlər laboratoriyada bir neçə dəfə qara dəlik simulyasiyaları yaradıblar. Bununla belə, Mallettin qeyd etdiyi, reallığa təsir edəcək cazibə qüvvəsi olan heç bir şey edilməyib. Digər tərəfdən, Mallett tənliyinin reallaşmasına ciddi maneələr var.
Astrofizik bunun nəzəri cəhətdən mümkün olduğunu deyir, lakin onun da qeyd etdiyi kimi, belə bir cihaz mövcud resurslardan çox-çox yüksək enerji tələb edəcək. Bundan əlavə, hazırda belə bir maşının ölçüsünü qiymətləndirmək mümkün görünmür.
Bu nəzəriyyənin gerçəkləşdiyi təqdirdə qarşılaşacağı məhdudiyyətlərdən biri də cihaz işə salınmazdan əvvəl geri qayıtmağın mümkün olmamasıdır. “Siz məlumatı geri göndərə bilərsiniz, ancaq onu yalnız cihazı işlətməyə başladığınız yerə göndərə bilərsiniz”, deyən Mallett izah edir” “Bu maşının yalnız bir istiqamətdə, geriyə doğru işləyəcək”.