
“Bu adi bir çərşənbə günü olmadı”
İsveçli nazir mətbuat konfransında huşunu itirdi
İsveçli nazir mətbuat konfransında huşunu itirdi
Nüvə yoxlamalarının bərpasını təmin edəcək razılaşma əldə olundu
Daha bir Avropa ölkəsi qonşularına qoşuldu
Tehran nüvə silahı hazırladığı iddialarını dəfələrlə rədd etmişdi
Nüvə tullantıları xəritələnir
İsveç Baş nazirinin Ankara ziyarəti sonrası NATO Təhlükəsizlik skandalı
Alimlər nüvə tullantısının təkrar emal metodunu təklif edir
Meduzalar dörd reaktorun bağlanmasıba səbəb oldu
Yüzlərlə turist Türkiyədə hotellərdə çıxılmaz vəziyyətdə qaldı
Tehran nüvə sazişindən çıxmağa hazırlaşır
Nüvə stansiyası üzərində uçan üç naməlum PUA ölkəni ayağa qaldırdı
Məhbuslar başqa ölkəyə göndəriləcək
Okeanının dərinliklərində qalan nüvə tullantılarının çəlləklərindən radiasiya sızır
Milyardlarla dollarlıq “F-35” qalmaqalı
Atlantikdə 1000-dən çox çəllək tapılıb
Qaz sentrifuqaları və İranın nüvə proqramına qısa baxış
İsveç işlənmiş nüvə yanacağını 100 min il saxlaya biləcək yeraltı qurğu tikir. İsveçin ətraf mühit naziri Romina Pourmokhtari tikinti işlərinə çərşənbə günü başlanıldığını deyib: “Bunun İsveç və iqlim dəyişikliyi üçün əhəmiyyətini kifayət qədər vurğulaya bilmərik. Dedilər ki, alınmayacaq, amma...”.
Paytaxt Stokholmdan təxminən 150 kilometr şimalda yerləşən Forsmark qurğusu yerin 500 metr altında inşa edilən 60 kilometr uzunluğunda tunellərdən ibarət olacaq.
Təxminən 12 min ton nüvə yanacağı tullantıları 5 metr uzunluğunda, korroziyaya davamlı mis kapsullara yerləşdiriləcək və bu tunellərdə saxlanılacaq.
İsveçin Nüvə Yanacağı və Tullantılarının İdarə Edilməsi Şirkəti (SKB) ilk tullantıların 2030-cu ilin sonunda zavoda göndəriləcəyini bildirir. Tunellərin doldurulması və obyekt tikintisinin başa çatdırılması 2080-ci ildə baş tutacaq. SKB, Forsmark anbarının təxminən 12 milyard kron (təxminən 1.83 milyard manat) dəyərində olacağını bildirir.
Digər tərəfdən, nüvə tullantılarına diqqət yetirən İsveç qeyri hökumət təşkilatı olan MKG məhkəməyə müraciət edərək layihə üçün daha çox təhlükəsizlik yoxlaması tələb edib. MKG qeyd edir ki, İsveç Kral Texnologiya İnstitutu tərəfindən aparılan araşdırmalar mis kapsulların korroziyaya uğraya biləcəyini və radioaktiv materialın yeraltı sulara sızdığını göstərib.
Ölümcül radioaktiv tullantıların necə saxlanacağı 1950-ci illərdə kommersiya nüvə reaktorlarının fəaliyyətə başlamasından bəri sənayeni düşündürən suallardan biridir. Finlandiya daimi nüvə yanacağı anbarının tikintisini başa çatdırmağa yaxın olan yeganə ölkədir. İsveçdəki obyekt isə dünyada ikinci anbar sahəsi olacaq.
Ümumdünya Nüvə Assosiasiyasının məlumatına görə, dünyada məhv edilməli olan təxminən 300 min ton işlənmiş nüvə yanacağı var. Bunun böyük hissəsi yanacağın istehsal olunduğu reaktorların yaxınlığındakı soyuducu hovuzlarda saxlanılır.