

Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
Son bir həftədə 4 trilyon dollar itki var
ABŞ Polşanın texnoloji şirkətlərə rəqəmsal vergi tətbiq etmək planına reaksiya verib
Tramp administrasiyası ABŞ-ın sığınacaq müraciətini ölkəni tərk etmə sisteminə çevirir
Trampa sui-qəsd cəhdində kömək edən Kurran ABŞ Məxfi xidmətinin rəhbəri oldu
İlon Maska dəstək üçün ...
Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
Qubernator elektrik enerjisinin tamamilə kəsilməsi ilə təhdid edir
ABŞ Enerji Naziri: “Qlobal istiləşmə müasir iqtisadiyyatın yan təsiridir”
ABŞ-da kran suyunda flüoridin qadağan edilməsi üçün ilk addım atıldı
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Trampın nifrət etdiyi proqnozlar
Siyasətdən təqaüdə çıxmaq: Rəngli corabları ilə məşhur olan Trüdo bu nöqtəyə necə gəldi?
Çin bəzi Kanada idxalına cavab tarifləri tətbiq edəcək, fond bazarları və yuan dəyər itirir
ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
Kanadanın mümkün baş naziri Mark Karni kimdir?
ABŞ Prezidenti Donald Tramp İran hökumətinə maksimum təzyiqi bərpa edən, İranı nüvə silahına aparan bütün yolları rədd edən və İranın xaricdəki bədxah təsirinə qarşı mübarizə aparan Milli Təhlükəsizlik Prezident Memorandumunu imzalayıb.
I Sənədin İranın nüvə proqramı kontekstindəki qiymətləndirilməsinə dair
1. İran müxtəlif regionlarda uğursuzluqlarla üzləşdiyi bir şəraitdə nüvə sahəsindəki tədqiqatları genişləndirib. İranın nüvə silahına yaxınlaşması üçün yanaşmaları Tehranın çəkindirmə gücünün əsas elementlərinin – proksi qüvvələrin - aşındığı bir vaxta təsadüf edir.
İran kompensasiyaedici çəkindirmə gücü yaratmaq üçün zənginləşdirilmiş uran istehsalını kəskin şəkildə artıran addımlar atır. Rəqəmlə ifadə etsək, İran uran istehsalındakı zənginləşdirməni 60 faizdən 90 faizə qaldıra biləcək potensiala malik ola bilər.
2. Məlumatlara əsasən, İran uranın 60 faizə qədər zənginləşdirməsini dağın içində dərin basdırılmış “Fordo” müəssisəsində həyata keçirib. Bu cəhətdən İranın nüvə proqramını hərbi zərbələrlə pozmaq cəhdləri mənasızlaşır, çünki hətta atılacaq raketlər belə, İranın dağların dərinliklərindəki nüvə obyektlərinə nüfuz edə bilmir. Ona görə də, Donald Tramp İranı nüvə silahı əldə etmək ehtimallarına qarşı “maksimum təzyiq” kampaniyasını İran iqtisadiyyatını çökdürməklə uyğunlaşdırır. “Maksimum təzyiq” sanksiyaları çox güman ki, İran iqtisadiyyatının daha da pisləşməsinə səbəb olacaq.
Çünki İran büdcəsi daha çox neft ixracından gələn gəlirlərdən asılıdır. Sərəncam isə İranın enerji ixracı ilə əlaqədar sanksiyaları əhatə edir. Bunlara baxmayaraq, istər İran, istərsə də ABŞ potensial hərbi münaqişəyə deyil, əldə edilə biləcək sövdələşmələrə hazırlaşırlar. Yəni, İranın nüvə fəaliyyətlərində ABŞ-nin istədiyi dəyişikliklər edilməsə, Vaşinqtondan Tehrana qarşı sanksiyaların tətiklənməsi davam edəcək. Hərçənd ki, İrana qarşı cəza tədbirlərinin necəliyi ABŞ ilə İsrail arasında mübahisələr yaradacaq.
3. Rusiya ilə İran arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Saziş tərəflərin nüvə enerjisi sahəsindəki əməkdaşlığını da əhatə edir (dinc məqsədlərlə). Rusiya İranın nüvə proqramının nüvə silahı həddinə qədər gəlməsində maraqlı deyil. Buna görə də, Rusiya ABŞ-dən İrana qarşı təzyiqləri nüvə təhlükəsizliyi üzrə öhdəliklərin pozulması kontekstində deyil, iqtisadi mənzərədə qiymətləndirir.
Yəni Rusiya illərdir ki, İranı nüvə təhlükəsizliyi üzrə öhdəlikləri pozmasının nəticələrinə görə məsuliyyət daşımağa hazır deyil.
II Sənədin Azərbaycan üçün mümkün fayda və zərərləri
1. Memoranduma əsasən, Baş Prokuror ABŞ daxilində İranın və ya İranın terror provayderi tərəfindən maliyyələşdirilən maliyyə və logistik şəbəkələri, əməliyyatçılar və ya cəbhə qruplarını araşdırmaq, pozmaq və mühakimə etmək üçün bütün mövcud hüquqi addımları atacaq. Bu, ABŞ-nin xarici siyasətinə də sirayət edəcək, çünki hərtərəfli əməliyyatlar İranın sponsorluq etdiyi təşkilat və ya şəxslərdən yan keçməyəcək. Ümumilikdə sənəd, o cümlədən qeyd edilən kontekst Azərbaycan üçün də aktuallıq kəsb edir.
2. İranın nüvə faylının minimallaşmasına qarşı tədbirlərin davamı olaraq, ABŞ Cənubi Qafqaz məkanını Tehrana qarşı cəbhə kimi nəzərdən keçirə bilər. Bu ssenari, Azərbaycan üçün məqbul deyil, çünki Vaşinqtondan mümkün həmlələr Bakı-Tehran arasında gərginlik ocaqlarını dirçəldə bilər. Belə olduğu təqdirdə, İran Azərbaycanın maraqları ilə xarici oyunçuların ambisiyaları arasında paralellik aparmaq cəhdlərini yenidən təkrarlayacaq ki, bu da ən azından siyasi gərginliklə müşayiət olunacaq.