

Səhiyyə orqanlarında yenə yarasa əti həyəcan – bir həftədə 50-dən çox insan ödürüb
“Şistosomiaz” çirklənmiş su mənbələri vasitəsilə yayılır
Himalay buzlaqlarının əriməsi nəticəsində 115 əsr əvvələ aid mikroorqanizmlər çıxıb
Şiş hüceyrələrini böyük ölçüdə aşkarlayan aparat
Minlərlə ton ət geri qaytarılır
LSD 100 min inəyin tələf olmasına səbəb oldu
Xərçəng hüceyrələrinin qənimi ...
Virus mutasiya edə bilir və bədənin əvvəlki ştamlara hazırladığı müdafiə sistemini asanlıqla yarıb keçir
«Bütün daxilə qəbul edilən həblər kimi kontraseptivlərin də xeyri ilə yanaşı ziyanı da var»
Bağırsaq bakteriyaları xəstəliyin müalicəsini «gücləndirir»
Qadınlarda baş verən xərçəng xəstəliyinin ən ağır növünün əlamətləri
Xəstəlikdən ölüm halları 40 faiz azalıb
Xəstələiyi 10 saniyəyə müəyyənləşdirən «Qələm» icad olundu
Qorxulu xəstəliyə qarşı «canlı dərman» yaradılıb
«İnfarkt və xərçəngin qarşısını alan möcüzə dərman» elan edildi
Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsində təhlükəli virus
ABŞ-ın Yale Universitetinin alimləri tərəfindən hazırlanan xərçəng peyvəndi 9 nəfərdə xəstəliyi tamamilə aradan qaldırıb. 2019 və 2021-ci illər arasında tədqiqatda iştirak edən bütün xəstələrin 2023-cü ilin iyul ayında keçirilən üç illik təkrar müayinədə xərçəngdən azad olduğu aşkar edilib və bu, əhəmiyyətli uğura işarə olub.
Peyvənd əməliyyatdan sonra qalan xərçəng hüceyrələrini hədəf alıb və sağlam hüceyrələrə zərər vermədən onları yox edib. Yale Xərçəng Mərkəzi və Dana-Farber Xərçəng İnstitutu tərəfindən hazırlanmış peyvənd xüsusi olaraq hər bir xəstənin bioloji xüsusiyyətlərinə uyğunlaşdırılaraq, immunitet sisteminin yalnız şişə xas mutasiyaları tanımasını və məhv etməsini təmin edib.
***
Yale Xərçəng Mərkəzinin baş mütəxəssisi Deyvid Braun, “Bu tədqiqatın əsas məqsədi immunitet sistemini birbaşa şişə məxsus hədəflərə yönəltmək idi”, – deyib.
Hər bir xərçəng hadisəsinin özünəməxsus olduğuna əsaslanaraq, alimlər xəstəyə xüsusi immun inkişaf etdirən bir peyvənd hazırlayıblar. Böyrək xərçənginin ən ölümcül növlərindən biri olan 3 və 4 mərhələlərində diaqnoz qoyulan xəstələrin 85-90 faizi vəfat edir. Lakin bu eksperimental peyvənd residivlərin qarşısını almaqda vəd verir. Xərçəng xəstələrinin 20 faizdən 50 faizə qədər xəstəlik geri dönə bilsə də, peyvənd tədqiqatda iştirak edən 9 xəstənin heç birində xəstəliyin təkrarlanmasına səbəb olmayıb. Tədqiqatın nəticələri elm dünyasının ən nüfuzlu jurnallarından biri olan “Nature”da dərc olunub.