«Ən böyük bəlamız hikkədir»
«Bu, mənim qismətim olub»
Şahanə RƏHİMLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hər işi mükəmməl edirdi...
Xalq artisti Rafiq Əliyev ömür-gün və sənət yoldaşlarının xatirəsində
-
Heydər Əliyev nə demişdi?
“SSRİ-ni yada salan heç bir sənədə imza atmaq, tədbirlərə qatılmaq lazım deyil”
-
“İlham Əliyev dedi ki, dayandırın bu rüsvayçılığı!”
Rüstəm İbrahimbəyov: ““Qafqaz triosu” ekranlara çıxarkən başlayan hücumları prezident dayandırdı”
-
“Prezident Administrasiyasından zəng vurdular...”
Rüstəm İbrahimbəyov Bakıya gəlişindən danışdı
-
«Maraq o qədər də yüksək olmur»
Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...?!
-
Seyidcahanın poetik cərəyanı
Yaxud Lorkanın, Nazım Hikmətin, Mayakovskinin, Əli Kərimin gorunu çatladanlar
-
Məşhədilərin son ümidi
Şura hökumətini tanımayan kərbəlayilər, Milli Şuraya biət edib
-
«5-10 adam gələcək»
YAP-dan Milli Şuranın mitinqinə münasibət
-
Qanadsız dəvə...
...Və ya bir müxalifətçidən bir jurnalistə «demokratiya dərsi...»
-
Simvollaşan şair
İndi hər kəsin öz Ramiz Rövşəni var
-
Allahın oğludur daha…
Ramiz Rövşənin 70 illiyinə dost ismarışı
-
«Əfsuslar ki, çox siyasiləşdi…»
Ramiz Rövşən: «Mən o sözü deyirəm ki, onu başqa heç kim ya deyə bilmir, ya da…»
-
««U ədədlər» nəzəriyyəsi ilə...»
Rafiq Əliyev Lütfi Zadə ilə hazırladığı yeni elmi nəzəriyyəsindən danışdı
-
«Heç biri ilə razı deyiləm»
Novella Cəfəroğlu: «Nə Xədicə İsmayılın, nə də Milli Şuranın siyahısını tanıyıram»
-
«Bakısız yaşamaq çox çətindir...»
Rüstəm İbrahimbəyov: «Səhhətimlə bağlı orada qalmalı oldum»
-
«Mən o əxlaqın yiyəsi deyiləm»
«Ramiz Rövşənə bu cür çirkin böhtan atmağı mən heç vaxt özümə yaraşdırmaram»
AzVision.az texnika elmləri doktoru, professor Rafiq Əliyevdən müsahibə götürüb. Söhbəti oxucuların diqqətinə çatdırırıq.
- Müsahibəmizə hazırlaşarkən sizin bir
fikrinizə rast gəldim: «Həqiqət qütblərdə yox, onların arasındadır. Amma
insanlar bu həqiqətin yanında deyillər» deyirsiniz. Bəs siz 70 ildə bu aralıqda
qalmış həqiqətə necə yaxınlaşdınız?
- Vallah , adamın özü haqqında
danışması, nəsə deməsi çətindir. Bir onu deyə bilərəm ki, təvazökarlıqdan uzaq
olmasın, həyatımda yalan danışmamışam. Hətta xırda şeylərdə də. Mənim üçün ən
böyük senzor daxilimdəki senzordur. Gərək o, insanı qoymasın ki, yalana getsin.
Bu baxımdan, həmişə çalışmışam ki, həqiqətin yanında olum. Və həyatda ondan
düzgün yol görmürəm.
Mənim elmi istiqamətim həmişə, indi də
«qərar qəbuletmə nəzəriyyəsi» olub. Ən düzgün yol və qərar həqiqətin yanında
olmaqdır. Maddi zənginliyi, şəhvət hissini, başqa bir şeyi müvəqqəti əldə edə
bilərsən. Ancaq o, düzgün yol deyil, gərək insan həqiqətin yanında olsun.
Yəqin soruşacaqsınız ki, həmin aralıqda
mən haradayam? Sağ qütbdə - 1-in yanında ancaq Tanrıdır. Mütləq həqiqət tanrıya
məxsusdur. Mən çalışmışam ki, həmişə 1-ə yaxın olum.
- Buna yaxınlaşmaq üçün çoxmu qüvvə
lazım oldu sizə?
- Oy, nə qədər... Mən bəzən buradakı və
Amerikadakı tələbələrimə də deyirəm ki, baxın, mənim üzüm gömgöydür. Deyirlər
ki, professor, axı göy deyil. Deyirəm, siz fiziki rəng axtarırsınız, mənəvi
zərbələri görmürsünüz axı! O mənəvi zərbələrin də əsas səbəbi həqiqətin yanında
olmaqdır.
Bu gün cəmiyyətimiz belədir: düz sözü
qəbul etmirlər. Özü də heç bir qütb. Nə o tərəf, nə də bu tərəf. Həqiqət
deyəndə ancaq belə deyirlər, iki alternativ var: «Biri səhvdir, biri mən
dediyimdir». Yəni ki mən dediyim mütləqdir. Bax, bütün çətinliklər də bundadır.
Mən də bundan çox əziyyətlər çəkmişəm. Ancaq bu yola gedən gərək heç bir
əziyyətdən qorxmasın.
- Belə bir deyim var ki, doğru qərarlar
təcrübədən, təcrübə də yanlış qərarlardan yaranır. Siz bu mərhələlərdən necə
keçmisiniz?
- Mənim həyatda Tanrıya ən çox buna görə
şükür edirəm ki, məni nəfsimə qul etməyib. Həmişə nəfsimdən yuxarı durmuşam.
Nəfs tək maddi tərəf deyil, şöhrəti, şəhvəti, nəfsin maddiyatı və müxtəlif
tərəfləri var. Ən böyük sərkərdə odur ki, nəfsi ilə cihadda qalib olsun. Ondan
böyük sərkərdə yoxdur.
Mən, düzü, heç bir riyazi formuldan
istifadə etməmişəm nəfsə qalib gəlməkdə. Görünür, genetik olan bir şeydir. Atam
Ağdamda idarə rəhbəri olub. Ancaq mənim, qardaşımın, bacımın məktəb kitabını
almağa maaşı çatmırdı. Bizim Novruzlu kəndində evimiz var idi, orada barama
qurdu saxlayırdıq, böyüdürdük, aparıb təhvil verirdik. Onunla da mən
kitab-dəftər alırdım. Bu şəraitdə böyümüş bir adamam. O vaxt maaş 90 manat idi.
Həmin 90 manatdan başqa həyatımda bir dənə şey görməmişəm. Bu, görünür, genetik
yaddaşdan gələn bir şeydir.
İkincisi isə, mən həyatımda
müəllimlərimə çox minnətdaram. Xüsusən də iki nəfərə. Çox saf , dürüst insanlar
olublar. Onun biri SSRİ Elmlər Akademiyasının vitse-prezidenti, akademik Boris
Nikoloyeviç Petrov çox böyük şəxsiyyət idi. Birdən işə gəlmirdi, o saat
bilirdik ki, sabah Baykonurdan bir gəmi qalxacaq. Yəni son sözü bu deyərdi. O
qədər yüksək çinli bir adam idi. Amma o qədər də təmiz, düz, nəfssiz bir adam
idi.
Digər müəllimim isə Lütfizadə olub. Mən
yazımda da bildirmişəm, onun evi orta statistik azərbaycanlının evindən də
aşağı səviyyədədir. Daim mətbəxdə çörəyini yeyərdi. İki stulu olardı: biri özü,
digəri isə həyat yoldaşı üçün. Əlavə, lazımsız heç nəyi yoxdur.
Uşaq vaxtdan mən əgər bu mühitdə
böyümüşəmsə, necə nəfsimin qulu ola bilərdim?!
- «Qərarqəbuletmə nəzəriyyəsi»nin
yaradıcısı olan bir insan kimi həyatınızda necə, qəbul etdiyiniz qərarların
nəzəriyyəsində az da olsa, dəyişiklik etmək istəmisinizmi?
- Bir insan elmin hansısa sahəsilə uzun
müddət məşğul olursa, artıq onun düşüncəsi dəyişir. Düşüncə tərzim, fikrim,
həyat fəlsəfəm qeyri-səlis fəlsəfədir. Əfsuslar olsun ki, bu gün bizim
ictimaiyyətdə çoxu ikili - ağ-qara məntiqlə düşünür.
Hər bir qərarı qəbul edəndə gərək
biləsən ki, hansı situasiyada edirsən. Ona elmi dildə «təbiətin vəziyyəti
necədir» deyirlər. «Təbiət» deyəndə biz başa düşdüyümüz təbiət yox, yəni
baxılan məsələnin təbiəti nəzərdə tutulur. Lütfüzadənin, mənim, bəzi
kolleqalarımızın əlavə etdiyimiz, isbat etdiyimiz fikir budur ki, qərar qəbul
olunanda nəticə təkcə o situasiyadan, şəraitdən asılı deyil. Hansı insan o
qərarı qəbul edir, o insanın determinantları, xüsusiyyətləri nədir? Yəni bu
insan risklidir, ya risksizdir, dürüstdür , ya deyil, başqası haqqında
fikirləşəndir, yoxsa yox? Bunlardan çox şey asılıdır. Burada da tolerantlıq
lazımdır. Belə demək olmaz ki, filankəs dürüstdür ya deyil, hər şeyin dərəcəsi
var, bir Tanrıdan başqa.
Və üstəgəl, qərar qəbul edəndə bir şeyi
də nəzərə almaq lazımdır ki, səndə olan informasiyanın dürüstlüyü nə qədərdir?
Həmin informasiyaya nə qədər inanırsan? Bu təzə hesab, təzə riyaziyyat, yeni
bir yanaşma tələb edir.
Bunlar artıq mənim düşüncə tərzimə
dönüb. Qərarlar qəbul edəndə riski, dürüstlüyü, şəraiti, şəraitdə olan
qeyri-müəyyənliyi çalışaram çox vaxt nəzərə alım.
- Hər bir səs tezliyi müəyyən rəngə
çalır, deyirlər. Sizin səsiniz hansı rəngə çalır?
- Yaman suallar verirsiniz ha... Vallah,
bilirsiniz , ömrün rəngləri var, qızım. Bax, indi sizin rənginiz, ömrünüzün
rəngi başqadır, səs də ömrün bir parçasıdır. Gözəl çələngdir. Orada hər bir
rəng, ətir var. Ömür keçdikcə isə bu rənglər dəyişir. Orta yaşa çatanda
yaşıllaşır. İndi mənim rəngim payız rəngidir. Düşünürəm ki, səsimdə də bir
payız rəngi var.
Yəni bilirsiniz, üfüqün sonu görünür,
3-5 il, Tanrının verdiyi nə ömürdüsə, o qalıb. Siz gənclərin üstünlüyünüz
ondadır ki, ömrünüz uzundur , hələ qabaqda çox var. Çox işlər görə
biləcəksiniz. Allahdan da arzulayıram ki, heç belə payız rəngi gəlməsin. Sizə
hallı qocalıq versin, həmişə də yaşıl çələng qalsın.
- Geriyə dönüş etmək istəsəydiniz,
keçmişə qayıtmaq istəsəydiniz, hansı çalardan digərinə keçid etmək istərdiniz?
- Təbii ki, uşaqlığımda müxtəlif rənglər
olub. Əsasən lalələr, başqa çiçəklər, yəni rənglərin simbiozu, çələngi olub.
Sonra isə gənclik gəlir, bənövşəyi rəngə çalır. Amma hətta mən indi deyirəm e,
bənövşəyi olub, bu rəngin özünün də minlərlə çaları var. Baxır kim necə
yaşayıb. Ondan sonra bir az ahıl vaxtı gəlir gənclikdən sonra, yaşıllaşmış
rəng. «Bir az da yaşıllaşmış» o baxımdan deyirəm ki, Allaha yaxınlaşırsan.
Cavan, uşaq vaxtı bir o qədər dərk edə bilmirsən. Ondan sonra isə payız gəlir.
Amma istəmərəm kiminsə ömrünə qış gəlsin.
- Çəhrayı rəngi sevirsiniz, bu rəngin
içində nələr var, hansı sirlər gizlənib?
- Yaman hazırlaşmısınız siz... Heç bu
sualları mənə verən olmamışdı...
Bu ayın 21- də mənim həyat yoldaşımın
dünyasının dəyişməsinin 3 ili tamam olur. Bir yazı hazırlayıram. Keçən il isə
bir yazı hazırladım: «Qara paltarlı qadınım olmadın, niyə». Ona «Mediaforum»
saytında belə başlıq qoydular: «Çəhrayı paltarlı qadın». Çünki orada çəhrayı
paltar barədə bir epizod var idi. Mənim də, həyat yoldaşımın da sevdiyi çəhrayı
rəng idi. Adətən çəhrayı paltar geyinərdi. Və orada yazdım ki, «Bir gün
gələcək, səninlə görüşəndə, qara paltarda yox, sənin və mənim çox xoşumuza
gələn çəhrayı paltarında qarşıma gəlib əllərimdən tutanda, qəbrimə daması qəmli
göz yaşların sevinc yaşı kimi ovucuma töküləcək». O rəng mənə bütün gəncliyimi,
həyatımı xatırladır.
- «Kaş ki»lər hər gün ruhumu bədənimdən
qoparır» yazmısınız Aida xanımla bağlı yazınızda. Nələrdir bu «kaş ki»lər? İndi
ruhunuzun vəziyyəti necədir?
- Vallah, ruhum çox da yaxşı durumda
deyil. O barədə ki, ruh tam öz yerində deyil. Vallah, sormasanız yaxşıdır.
Burada söhbət hansısa sentimental hisslərdən getmir. Başqa bağlılıqlardan,
həyatdan, sədaqətdən söhbət gedir.
Mən bu boyda dünyada , öz dünyamda özümü
qərib hiss edirəm. Öz içində kimsəsiz olmaq ən ağır bir şeydir. Allah heç kimə
qismət etməsin. Ən ağır şey odur ki, həyatda içərində tək olasan. Dostlarım da
var, allaha şükür, tələbələrim də var, qohumlar da... Ancaq içəridə tək olmaq
çox çətin məsələdir.
- Dostluq demişkən, bilirəm ki, Ramiz
Rövşənlə sıx dostluq edirsiniz. Ramiz Rövşəni Allahın sevgisinə tuş gəlmiş bir
adam kimi təqdim edirsiniz. Bəs Allahın sizə münasibəti necədir? Siz bu sevgi
çəmbərinə düşə bilmisinizmi?
- Onu mən özüm qiymətləndirə bilmirəm.
Ramizə bir dəfə sual verdilər ki, kimi özünüzə ən yaxın dost hesab edirsiniz? O
da dedi, «Mənim həyatda bir dostum var, o da Rafiq Əliyevdir». Bu,
simmetrikdir. Həyatda ümumiyyətlə, hər bir şey - ailə də, dostluq da simmetrik
olmalıdır. Belə bir deyim var ki, «əyri xurcun yükü başa vurmaz». Yəni bir gözü
əyilsə, hökmən aşıb düşəcək. Dostluq da belədir. Baxın həyata, Allah Xudu
Məmmədova rəhmət etsin. O , bütün kristallarda olan simmetriyanı görürdü.
Ornamentlərdə, muğamda və s. olan simmetriyaları görürdü. Ailədə, dostluqda
simmetriya dağılanda, xurcunun gözü pozulur. Ramiz, doğurdan da, Allahın
sevgisinə tuş gəlmiş adamdır. Ona görə ki , Ramizin ömrü uzundur. Bilirsiniz,
nə qədər? Nizaminin ömrünü kim deyə bilər, Fizulinin ömrünü kim deyə bilər?
Bioloji ömür deyil ki?! Nə qədər bu xalq, millət, dünya var, Ramizin ömrü o
qədərdir. Amma mənimki nə qədərdir, bilmirəm.
- Çoxmu rast gəldiniz başqalarına «0»,
özlərinə isə «1» kimi baxan insanlara? Necə dayanıqlıq göstərdiniz?
- «Başqalarına «0», özlərinə isə «1»
deyən, nə gözəl tapıntıdır. Mən xahiş edirəm, bu sözümü yazın, bu, Şahanənin
müəllifliyidir, çəkinməyin, təvazökarlıq etməyin.
Bəs məni həyatda yandıran əsas budur da.
Bu gün Azərbaycanın ən böyük bəlası hikkədir. İnsanların hikkəsi. Bu gün və
sabah astronomik olaraq demirəm, bizim bugünkü durumumuzda hər tərəfdən bu
qədər ki, basqılar var və çoxalacaq bu basqılar, onun qarşısında bircə şey dura
bilər. Nə Qərbin köməyi, nə Şərqin köməyi, yalnız milli birlik, barış.
Başqalarına «0», özlərinə isə «1» deyənlər isə buna imkan vermir.
- AL1, AL2, AL3 qeyri-səlis məntiqi
Rusiya kosmik texnikasında, aparatlarında, xüsusən də naviqasiya cihazlarında
idarə etmənin qurulmasında əsas götürülüb. «Çin bumu»nun kökündə qeyri-səlis
məntiqin durduğunu deyirlər. Sizin həyat gəminizi idarə etməkdə bu məntiqin nə
qədər yararlı oldu?
- Təbii ki, o məntiq ağ-qara məntiqindən
uzaqdır. Həmin məntiqlər həyat informasiyasını, şəraitini düzgün qiymətləndirə
bilir. O da mənim həyat tərzimə çevrilib. Mənim də yadıma gəlmir ki, bir dəfə
səsimin tonunu qaldırım. Auditoriyaya girəndə tələbə ayağa dursun - belə şeylər
ömründə olmayıb. Biz tələbə ilə dost olmuşuq, hüququmuz eyni olub. Mənim bir
azadlıq çevrəm var, onun bir azadlıq çevrəsi var. Onun azadlığı mənim azadlığım
başlayan yerdə qurtarır.
- Bəxtiyar Vahabzadə deyirdi ki, şairi
şair edən dərd, kədərdir. Siz deyirsiniz ki, dərdsiz insanı bütöv insan hesab
elemək olmaz. Geriyə baxanda sizi bütöv edən o dərdləri yox etmək istəyiniz
olubmu?
- Dərdi qazanmırlar ki, qızım... Onu yox
etmək də mümkün olmur. Dərd qismətdir.
Mənim imanım dinimdən yüksəkdir. Bəzi dini atributları etmirəm. Amma o iman, daxili vicdan senzoru ki var, o, çox vacibdir. Bu baxımdan, qismətə inanıram. Mən namizədlik dissertasiyası müdafiə edən gün, 1967-ci ildə oğlumu itirmişəm. Bu, mənim qismətim olub. Qarabağı, torpağımı itirmişəm, doğulduğum komamı, həyat yoldaşımı itirmişəm, bunun qarşısını ala bilməzdim. Mən həyatda bütün gücümlə çalışmışam ki, bunlar olmasın, amma qismətdən qaçmaq çətindir.