vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 12 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
MEDİA-QHT  
«Görək başımıza nə iş gəlir» 18:10 | 26 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 3409 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Görək başımıza nə iş gəlir»

Elçin Şıxlı mətbuatdan gedir?

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ayna»-«Zerkalo» qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı rəhbərlik etdiyi mətbu orqanların fəaliyyətinin birdəfəlik dayandırılması haqqında qərar verib. Bu barədə Aktual.az-a Elçin Şıxlı məlumat verib.

O deyib ki, rəhbərlik etdiyi «Ayna»-«Zerkalo» qəzetlərinin fəaliyyətini müvəqqəti olaraq dayandırsa da, qəzetlərin yenidən çapı üçün hər hansı bir yenilik olmadığına görə bu qərarı qəbul etmək məcburiyyətində qalıb: «Yaxın günlərdə qəzetləri  birdəfəlik bağlamaq haqda elan verəcəyəm. Hətta vəziyyət o yerə gəlib çatıb ki, jurnalistikadan birdəfəlik getmək haqda da düşünürəm. Çünki normal jurnalistika ilə məşğul olmağın heç bir mənası yoxdur. Qoy havalar bir az sərinləşsin, beynimiz bir az rahatlaşsın, görək başımıza nə iş gəlir».