vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
14:28 | 15 dekabr 2014 | Bazar ertəsi Məqaləyə 2868 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əfv istəyənlər çoxalıb

Prezidentə ərizə yazanların sayı 15 faiz artıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Son 3 ay ərzində əfv üçün müraciət edən məhkumların sayında kəskin artım var.

Bu barədə azvision.az-a Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov məlumat verib. O bildirib ki, sonuncu əfv sərəncamından bəri müraciətlərin sayı 10-15 faiz artıb: «Əfvlə bağlı müraciət edənlərin sayı hər ay artır. Bu gün bizə məhkumların valideynləri əfvlə bağlı müraciət ediblər. Biz onları məlumatlandırmışıq. Ağır cinayətlərə görə məhkum olunanlar cəzasının yarı hissəsini çəkməlidir ki, əfvlə bağlı müraciət edə bilsin.

Yüngül cinayət törədən məhkum isə cəzasının üçdə birini çəkdikdən sonra əfvlə bağlı müraciət edə bilər. Valideynlər bunu bilsələr, müraciətlərinə imtina cavabları almayacaqlar. Tanınmış məhkumlarla bağlı bizə heç bir müraciət daxil olmayıb».

Qeyd edək ki Ombudsman Elmira Süleymanova bir neçə gün öncə verdiyi açıqlamada 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl ilə bağlı əfv sərəncamının ola biləcəyini bildirib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev əfvlə bağlı sonuncu dəfə oktyabrın 17-də sərəncam imzalayıb.