BDU-da 3 min nəfərin maaşı artırıldı
Minimum 600, orta aylıq əmək haqqı 1000, yuxarı hədd 1400 manata çatdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bizim qırmızı sevgimiz
(Xatirələr silsiləsindən)
-
Qorxusuz akademik ...
Arif Babayevin gözəl nitqi, güclü riyazi məntiqi və yüksək mədəniyyəti vardı
-
On il əvvəl bugünkü gün
Bizi xatirələrdə yaşadan gördüyümüz işlər, solmayan izlər olur
-
ANA DİLİmizin –
ATA isim-sifətlərindən, “əzəl mübtəda”larından Əbdüləzəl Dəmirçizadə...
-
“Hərəyə bir-iki şüşə ...”
Keçmiş rektorun Madrid səfəri barədə yeni iddia - içməyə Şeyxin təyyarəsində başlayıb...
-
Etil spirtinin yaratdığı “qısaqapanma”
Madriddəki biabırçılıq məhərrəmovların “kAbel”ini yandırdı...
-
«Bizdən öndədirlər»
Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar
-
Mühasibat tabelindən xəbərsiz rektor
Mənasız reklam Abel Məhərrəmovun nəyinə lazımdır?
-
4 il oxu, axırda da qal işsiz...
Azərbaycan universitetləri: Memarlıq və inşaat hara, neft-qaz hara, yaxud ali məktəbi bitirib ixtisasından xəbəri olmayanlar
-
«BDU-da rüşvətxorluq var» deyən tələbə axtarılır
Məhkəmə Mirağayev barəsində qərar verib
-
Davam edən yol...
... Və ya müəllimin ən böyük sevinci
-
«Sizin ipinizi çox boş buraxmışıq…»
BDU-da növbəti qalmaqal
-
Qızlar necə oğlanlarla ailə qurmaq istəyir?
«Qısqanc olsun, uzunsaçlı, qulağında sırğa ola bilər»
-
«Siyahı saatbasaat dəyişir»
İlahiyyatçılara zərərli dini kitabları Azərbaycana gətirməyə icazə verilir
-
«Görək başımıza nə gəlir»
Xınalığa göndərilən gənc müəllim: «Hələ qış qarşıdadır...»
-
Bilik, Dinamiklik, Uğur
Tələbələrinə nailiyyətin sirlərini aşılayan Şərqin ilk universiteti nüfuzlu ali məktəblər arasında
Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurası bu ildən professor-müəllim heyəti və əməkdaşların əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edib.
BDU-nun mətbuat xidməti bildirir ki, qərara əsasən, BDU-da inzibati idarəetmədə çalışan rəhbər heyətin, dekan, dekan müavinləri, kafedra müdirləri, professor və dosentlər, baş müəllim və müəllimlər, o cümlədən digər əməkdaşların əmək haqqı artırılıb. Hazırda dekanların əmək haqqı 1400, kafedra müdirlərinin əmək haqqı 1200, professorların əmək haqqı 1000, dosentlərin isə əmək haqqı 830 manat civarında müəyyənləşib. Artım ümumilikdə universitetin 3 minədək əməkdaşına şamil edilib.
Bundan əlavə, Bakı Dövlət Universitetində fəaliyyətlərinə, peşəkarlıqlarına, əldə etdikləri nailiyyətlərə görə fərqlənmiş bir qrup əməkdaşın da əmək haqqı differensasiya yolu ilə müəyyən qədər artırılıb. Həmçinin universitetin hər bir kafedrasında fakültə dekanı, tədris-metodiki şurası və fakültə Həmkarlar Təşkilatı sədrlərinin iştirakı ilə iclaslar keçirilib, hər bir müəllimin son 3 il ərzində elmi, tədris və ictimai fəaliyyəti ətraflı təhlil edilərək və tələbələrin akket sorğusunun nəticələri nəzərə alınaraq müvafiq namizədlər irəli sürülüb, həmin əməkdaşların maaşı bu aydan etibarən cari ilin sonunadək əlavə 100 manat artırılıb ki, bu da 300 nəfərə şamil olunub.
Son illər əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu gün Bakı Dövlət Universitetində professor-müəllim heyətinin əməkhaqqı minimum 600, maksimum 1400 manat təşkil edir və orta aylıq əmək haqqı 1000 manatdır. Bundan əlavə, 90-dan artıq beynəlxalq və yerli, o cümlədən universitetdaxili 50+50 və fərdi qrant layihəsi ilə işləyən çoxsaylı professor-müəllim heyətinin universitet maaşı ilə birgə aldığı əməkhaqqı 3000 manatdan çoxdur.