
Keniyalılar yenidən küçələrdə
Etirazlarda ölənlərin sayı 16-ya yüksəldi
Etirazlarda ölənlərin sayı 16-ya yüksəldi
“Dönər kabab”ın hansı meyarları var?
Tunellər qazıb elektrik enerjisini kəsirlər
Ölkənin ən böyük alüminium zavodu bağlanmaq təhlükəsi ilə üz-üzədir
Bill Qeyts Afrikaya böyük bir ianə vəd edir
Avstraliya Asiya-Sakit okean regionundan narahatdır
Avstraliya Çindən izahat tələb edir
Uçan taksi ilk dəfə havaya qalxıb
İlk sifarişlər pulsuzdur
19 yaşlı gənc sosial şəbəkədə məşhur oyunu oynayarkən dünyasını dəyişib
“Sənin yerin mətbəxdədir” sözlərinə görə üzərinə benzin töküb
Seneqal bütün xarici qoşunları ölkədən çıxarır
Dünya xəritəsi yenidən formalaşa bilər
Qırmızı işıqda makiyaj etməklə təhlükəsizlik kəmərii taxmamağın cəriməsi eyni oldu
Parlamentin damına çıxan deputat intihara cəhd etdi
Almaniyada işsizlik 3 milyona yüksəldi
Amerikalı tədqiqatçılar belə qərara gəlib ki, planetimizdə 7 deyil, 8 qitə mövcuddur. Son araşdırmalara söykənən alimlər bildirirlər ki, Yeni Zellandiyanı əminliklə materik adlandırmaq olar. Bununla belə, onların sözlərinə görə, bura həmçinin Yeni Kaledoniya da aiddir. Məsələ burasındadır ki, bu iki ada bir qitə plitəsində yerləşirlər.
Bir çox ekspertlər bundan əvvəl də Zellandiyaya qitə kimi baxmağa çağırmışdılar. Onlar iddia edirdilər ki, bu ada qrupu nə zamansa bir qurunun hissəsi olub.
Yeni qitənin sahəsi 5 milyon kv.metrdir. Ərazisinin təqribən 94 faizi suyun altındadır.
Alimlər hesab edirlər ki, 100 milyon il əvvəl Zellandiya Qondvana superqitəsindən ayrılıb. Bu da Yer qabığının deformasiyasına gətirib, nəticədə materikin çox hissəsi suyun altında qalıb. Geoloqların öz iddialarını peyk müşahidələri, əsasən də qravimetriya ilə təsdiqləyirlər. Onların sözlərinə görə, Zellandiyanın yerində okean qabığı, yaxud vulkanik süxurlar deyil, materik yerləşir.
Müəlliflər coğrafi qitələrin sayını 7-dən (Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Şimali və Cənubi Amerika) Zellandiyanı da əlavə etməklə 8-ə qaldırmağı təklif edirlər.
Bununla belə, digər qrup alimlər bildirirlər ki, Zellandiyanı həqiqətən materik adlandırmaq mümkündür, ancaq həmkarları bunun üçün kifayət qədər dəlillər irəli sürməyiblər.