vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
17:27 | 7 mart 2017 | Çərşənbə axşamı Məqaləyə 2806 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Məsələyə həssas yanaşılsın»

Əflatun Amaşov Elmira Süleymanovanı tənqid etdi

Qafar AĞAYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Hesab edirəm ki, insan hüquqları üzrə müvəkkilin 2016-cı il üçün hesabatı qənaətbəxşdir. Hesabatdan da göründüyü kimi Ombudsman üzərinə düşən bütün sahələrdə fəaliyyət göstərib». VAXT.AZ xəbər verir ki, bu sözləri millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

«İnsan hüquqları üzrə müvəkkilin fikir və söz azadlığı, insan hüquqları sahəsində maarifləndirmə tədbirlərinin xeyli hissəsində Mətbuat Şurası da yaxından iştirak edib. Ombudsman ümumən fəaliyyətini media ilə sıx əməkdaşlıq şəraitində qurub, buna görə də hesabatı qəbul etmək olar. Amma bununla bağlı bəzi qeydlərim var.

Məlumdur ki, 2005-ci ildə qəbul edilmiş «İnformasiya əldə etmək haqqında» qanunda İnformasiya məsələləri üzrə Ombudsman təsisatının yaradılması nəzərdə tutulub. Onun Milli Məclisdə 3 namizəd arasında seçilməsi, hər cari ildə ən geci 3 il ərzində Milli Məclisə hesabat təqdim etməsi vurğulanır. Hesabatda isə il ərzində görüşmüş işlərin ümumiləşdirilmiş xülasəsi, o cümlədən hüquq pozuntuları törətmiş informasiya sahiblərinə, ərizə və şikayətlərə, göstərişlərə, xidməti nəzarət qaydasında görülmüş tədbirlərə, qanunun tətbiqi ilə bağlı digər hallara dair məlumatlar, habelə Ombudsmanın rəy və təklifi öz əksini tapmalı idi. Lakin sonradan, yəni 2010-cu ildə Konstitusiya qanununa təklif olunan əlavə və dəyişikliklər nəticəsində «İnformasiya əldə etmək haqqında» qanunda nəzərdə tutulmuş informasiya  məsələləri üzrə müvəkkilin səlahiyyətləri insan hüquqları üzrə müvəkkilə verildi.

Ancaq dəyişiklikdən ötən 7 il müddətində mövcud istiqamətdə əməli iş görülməyib. Məndə olan məlumata görə, bu müddətdə ayrıca ştat cədvəli də müəyyənləşməyib. Ancaq qeyd etdiyim kimi, informasiya məsələləri üzrə Ombudsman təsisatının işi heç də sıradan məsələ deyil. Vaxt keçir, təklif edirəm ki, mövcud sahədə əməli iş görülsün. Əgər bu mümkün deyilsə, informasiya məsələləri üzrə müvəkkilin ayrıca təsisat kimi formalaşması məsələsi gündəmə gətirilsin. Çünki bu təsisat informasiyalı cəmiyyət ümumən demokratik cəmiyyət quruculuğu üçün son dərəcə vacibdir. İstərdim ki,  məsələyə həssas yanaşılsın».