«7 ildə barmaq üstünə barmaq qoyulmayıb»
Deputatdan Elmira Süleymanovaya sərt tənqid
Mirmahmud KAZIMOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Zabilin yoxluğu böyük itkidir”
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
-
“İmadəddin Nəsimi və özbək ədəbiyyatı”
Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
“Sosial sifariş idi”
Əflatun Amaşov: “Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır”
-
Mətbuat Şurası Ədliyyə Nazirliyi ilə birgə layihəyə start verdi
Layihə çərçivəsində ilk toplantı keçirilib
-
95-ci ildə «Qələbə»lik
MŞ sədri bölgə qəzetinin yubileyi mərasimində iştirak edib
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
-
“Vəziyyət həqiqətən bərbaddır”
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
-
“Jurnalistlərin Ermənistana səfəri müsbət haldır”
Mətbuat Şurasının sədri müzakirələrə son qoydu
-
“Prezident həssasdır”
Əflatun Amaşov: “Hər dövlət başçısı bunu bacarmır”
-
“Gələcəyimiz naminə ...”
Əflatun Amaşov: “Çap məhsulları üzərindən ƏDV götürülsün”
-
“KİVDF-dən pul ala bilərlər”
Deputatdan maliyyəsi dayandırılan qəzetlərə müraciət
-
“O, hər iki xalqın düşmənidir”
Millət vəkilindən gürcü həmkarlarına müraciət
-
Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər
Azərbaycan Mətbuat Şurası mövzusunda dəyirmi masa keçirib
-
“Üzrxahlıq əvəzinə təhrifə haqq qazandırır”
Əflatun Amaşov: “Mənə elə gəlir ki, Zaxarova özü ayrıca anti-Azərbaycan adasıdır”
-
“Bunu əməli nümunələrdə göstərək”
“Biz Şərqdə ilk demokratik respublikanı quranların varisləriyik”
Xəbər verildiyi kimi, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2016-cı il üçün hesabatını tənqid edib.
O bildirib ki, informasiya məsələləri üzrə Ombudsman təsisatının işi heç də sıradan məsələ deyil.
«Vaxt keçir, təklif edirəm ki, mövcud sahədə əməli iş görülsün. Əgər bu mümkün deyilsə, informasiya məsələləri üzrə müvəkkilin ayrıca təsisat kimi formalaşması məsələsi gündəmə gətirilsin».
Məsələ ilə bağlı Əflatun Amaşov Modern.az-a daha bir açıqlama verib.
O, xarici ölkələrdə ombudsman institutlarının prinsiplərinin başqa olduğunu bildirib.
«Ombudsman institutları bir sıra ölkələrdə ayrı-ayrı istiqamətlər üzrə olur, ya da ümumi götürülür. Bəzi ölkələrdə uşaq məsələləri üzrə, insan haqları ilə bağlı müəyyən istiqamətlərdə ombudsman institutları fəaliyyət göstərir. Azərbaycanda isə vahid ombudsman sistemi var. Konstitusiya qanununa təklif olunan əlavə və dəyişikliklər nəticəsində «İnformasiya əldə etmək haqqında» qanunda nəzərdə tutulmuş informasiya məsələləri üzrə müvəkkilin səlahiyyətləri insan hüquqları üzrə müvəkkilə verildi.
Bu 2010-cu ildə baş verib. Media ombudsmanı institutunun yaradılması, kifayət qədər fayda verə bilərdi. Çox təəssüf ki, informasiya müvəkkili ilə bağlı məsələlər uzandı. Sonda həmin institutun fəaliyyətini ümumi ombudsmanın fəaliyyəti ilə birləşdirdilər. Çox təəssüf ki, bu sahədə müəyyən işlərin görülməsi haqqında bizdə elə bir məlumat yoxdur. İnformasiya ombudsmanının ümumi ombudsmanla birləşdirilməsi özünü doğrultmadı. Mən hesabata münasibət bildirərkən dedim ki, əgər informasiya ombudsmanının səlahiyyəti ümumi ombudsmanın səlahiyyəti ilə birləşdirilirsə, bu sahədə əməlli iş görülsün. Bununla bağlı insanlar müəyyənləşdirilməli, müəyyən bir institut ümumi ombudsmanın daxilində formalaşmalı və mexanizm tətbiq olunmalıdır. Çox təəssüf ki, bu 7 ildə barmaq üstünə barmaq qoyulmayıb. Mən bildirdim ki, əgər bu nəticə vermirsə, müstəqil media ombudsmanı olsun».
Deputat hesab edir ki, informasiya məsələləri üzrə ombudsman institutunun yaradılması çox vacib məsələdir.
«Əgər gələcəkdə bu institut yaradılarsa, bu, jurnalistlərin fəaliyyətini daha da yaxşılaşdıracaq. Jurnalist ona cavab verməyən, onu təhqir edən təşkilat, müəssisə, dövlət orqanları və şəxsləri barədə birbaşa olaraq, informasiya ombudsmanına müraciət edə biləcək. Mən də hesab edirəm ki, həmin ombudsman da jurnalistlərin fəaliyyətlərinin yaxşılaşdırılması üçün nə lazımdısa, edə biləcək. Media ombudsmanı ümumən fəaliyyətini media ilə sıx əməkdaşlıq şaraitində quracaq. Bu da gələcəkdə yaxşı nəticələrin əldə olunmasına gətirib çıxara bilər».
2010-cu il martın 5-də ikinci dəfə ombudsman seçilən Elmira.Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.
«İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» qanununa əsasən, müvəkkil 7 il müddətinə seçilir. Və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə-2002-ci il və 2010-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilib.
Qanunvericilikdə qeyd edilib ki, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.