
““Lider”in eyforiyası”
Əli Həsənov radikal müxalifətə niyə hücum edir?
Əli Həsənov radikal müxalifətə niyə hücum edir?
... antimilli qruplar isə hakimiyyət eşqində
Prezidentin köməkçisi İlham Əliyev haqqındakı iddiaları təkzib etdi
Prezidentin köməkçisi 59 yaşını tamamladı
Əli Həsənov azərbaycanlılarla çeçenlərin davası haqda ...
Əli Həsənov: “Könüllülük fəaliyyəti Azərbaycan gəncləri üçün əlverişli imkanlar yaradır”
Ə.Həsənov: “Azərbaycan dünyanın enerji xəritəsini dəyişib”
“Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib
Əli Həsənov: “Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”
Prezidentin köməkçisindən sərt sözlər
Əli Həsənov: “Ümummilli lider Heydər Əliyev Azərbaycanda dövlət-din münasibətlərinin nümunəvi modelini yaratdı”
Əli Həsənov: “Bu, Azərbaycana, onun milli maraqlarına qarşı qurulmuş növbəti məkrli oyundur”
Əli Həsənov: «Jurnalistlərlə ünsiyyətdə olmaq mənim üçün çox şərəfdir»
Əli Həsənov: «Vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir...»
Əli Həsənovdan sensasion açıqlama: «... 1 aya Ermənistanın ərazisini götürə bilərik»
İngilisdilli türk kanalı ilk müsahibəni prezidentin köməkçisi Əli Həsənovdan alıb
Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibə verib. Hökümət rəsmisi media, Qeyri-Hökümət Təşkilatları (QHT), və müxalifətlə dilaoqdan danışıb.
- Mətbuatda bəzi hökumətyönlü qəzetlərin bağlanacağı barədə məlumatlar dərc olunub. Bu, nə qədər həqiqətə uyğundur?
- Bunlar hamısı söz-söhbətdir. Ayrı-ayrı adamların fantaziyası və maraqlı dairələrin dezinformasiyasıdır.
- Siz bir müddət əvvəl QHT və mətbuat nümayəndələri ilə görüşlər keçirdiniz. Bu görüşlərdə səsləndirilən təkliflərlə əlaqədar hansı işlər görülür?
- Həmin təkliflər üzərində işlənilir. Hazırda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bununla bağlı rəyləri öyrənilir.
- Qəzet satışı sahəsində problemlərin hələ də qaldığı deyilir...
- Eyni zamanda, qəzet satışı ilə bağlı da yerlərdəki vəziyyət öyrənilir. Araşdırılır, təhlil olunur. Yəqin ki, sentyabr ayından bu istiqamətdə qəbul olunmuş qərarlar, edilmiş düzəlişlər, həmçinin digər yeniliklər haqqında məlumatlar veriləcək.
- Analoji görüşün müxalifət nümayəndələri ilə də olacağı bildirilirdi. Belə bir görüş nə vaxt keçiriləcək?
- Payız üçün belə bir görüş planlaşdırırıq.
- Qəbələ RLS-lə bağlı “Nezavisimaya qazeta” bəzi maraqlı iddialarla çıxış edib. Bu yazılanlar nə qədər doğrudur və danışıqlarda son durum necədir?
- Qəbələ RLS-lə bağlı danışıqlar gedir. Əlbəttə, bu danışıqlarda Azərbaycan tərəfinin öz maraqları, öz yanaşması, Rusiya nümayəndələrinin öz maraqları, öz yanaşmaları var. Hər halda, biz bu məsələdə maksimum konstruktiv mövqe nümayiş olunacağını, Rusiya və Azərbaycanı təmsil edən insanların ən optimal, hər iki tərəfi qane edəcək qərarlar qəbul edəcəyini gözləyirik. Bu, elə məsələdir ki, güzəştlər yalnız bəlli çərçivədə mümkündür. Ondan kənar hər hansı tərəfdən bu güzəştlərin edilməsi qarşı tərəfin ciddi itkisi ola bilər. Bu məsələdə tam düşünülmüş, hər iki tərəfi qane edən variantlar axtarılır. Hesab edirik ki, belə qərarlar da qəbul olunacaq.