
“Mətbuatdakı xaotik vəziyyət birbaşa onların əməli idi”
Deputatlar KİVDF-dəki fırıldaqlar haqda
Deputatlar KİVDF-dəki fırıldaqlar haqda
Həsənov klanını bitirən faktlar üzə çıxır
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Əflatun Amaşov: “Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır”
Layihə çərçivəsində ilk toplantı keçirilib
MŞ sədri bölgə qəzetinin yubileyi mərasimində iştirak edib
Millət vəkili həyəcan təbili çalır
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
Mətbuat Şurasının sədri müzakirələrə son qoydu
Əflatun Amaşov: “Hər dövlət başçısı bunu bacarmır”
Əflatun Amaşov: “Çap məhsulları üzərindən ƏDV götürülsün”
Deputatdan maliyyəsi dayandırılan qəzetlərə müraciət
Millət vəkilindən gürcü həmkarlarına müraciət
Azərbaycan Mətbuat Şurası mövzusunda dəyirmi masa keçirib
Jurnalistlər üçün yeni tikilmiş binadakı mənzillər əsasən, Prezident Administrasiyası tərəfindən müəyyənləşdirilmiş şəxslərə təqdim olunacaq. «Qafqazinfo» xəbər verir ki, bunu «Trend»ə Milli Məclisin deputatı Əflatun Amaşov deyib. Keçən dəfə jurnalistlərə mənzillərin verilməsi məsələsinin Mətbuat Şurasına (MŞ) həvalə edildiyini xatırladan Ə.Amaşov bu dəfə işin MŞ, KİVDF və MTRŞ-nın birgə yaratdığı komissiya tərəfindən görüləcəyini söyləyib: «Məncə keçən dəfə biz bu məsələni layiqincə yerinə yetirdik. Evləri obyektiv bölüşdürdük və heç bir səs-küy də olmadı. Hesab edirəm ki, bu dəfə də elə olacaq. Lakin bu dəfə evlərin sayı çox olduğundan biz belə qərara gəldik ki, yalnız MŞ deyil, KİVDF, MTRŞ da bu işə cəlb edilsin. Artıq 3 qurumun birgə komissiyasını yaratmışıq. Bu komissiya tərəfindən sənədlər qəbul ediləcək».
Ə.Amaşov əlavə edib ki, bu dəfə fəaliyyətin daha obyektiv olması üçün redaksiyaların təqdim etdiyi namizədlərin sayının artırılması qərara alınıb:
«Məsələn, telekanallara ən çoxu 5 evin verilməsi nəzərdə tutulurdusa, onlar indi 10 namizəd verə bilərlər. Gündəlik qəzetlərdə bu rəqəm 3 idisə, namizədlərin sayı indi 6 ola bilər. Namizədlər verildikdən sonra sənədlər PA-ya təqdim olunacaq. Bu evlər əsasən, PA tərəfindən müəyyənləşdirilmiş şəxslərə təqdim olunacaq».
Ə.Amaşov bildirib ki, təqdim ediləcək namizədlərdən konkret neçəsinə evin veriləcəyi hələ bəlli deyil. Bununla bağlı konkret say həddi müəyyənləşdirilməyib.
MŞ sədri qeyd edib ki, evlərin verilməsi zamanı say müəyyənləşdirilərkən kollektivin sayı da nəzərə alına bilər: «Agentliyin 6 namizədi olursa, onun təqribən 3-nə ev veriləcək. Ancaq hələ ki, sayı dəqiq demək olmur. Məsələn, «AzərTAc»ın yüzdən çox işçisi var. Çox güman ki, KİV-dəki jurnalistlərin, kollektivin sayı da nəzərə alınacaq».
Qeyd edək ki, jurnalistlər üçün yeni tikilən binalarda mənzil almaq üçün televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilər.
Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-də isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.
Müvafiq sənədlər 2017-ci il mayın 22-dən iyunun 22-dək Komissiyaya təqdim edilməlidir.
Komissiya toplanmış sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim edəcək.