vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 6 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
PROBLEM  
«Tutsanız, cəzalandırın!» 22:36 | 16 yanvar 2014 | Cümə axşamı Məqaləyə 2565 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tutsanız, cəzalandırın!»

Abutalıbov icra başçılarına tapşırıq verdi

A.Qorxmaz

MÖVZU İLƏ ƏLAQƏLİ

Modern.az saytı xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun imzaladığı sərəncama əsasən, bundan sonra paytaxt ərazisindəki dayanacaqlara vurulan reklam xarakterli elan və afişalara görə məsuliyyət nəzərdə tutulub.

Sərəncama görə, dayanacaqlara reklam və elan kağızları yapışdıran şəxs məsuliyyətə cəlb olunacaq. Başqa sözlə, dayanacaqlara reklam xarakterli elan və afişaların vurulması qəti qadağan edilib. Məqsəd dayanacaqların görüşünə xələl gətirən halların qarşısını almaqdır.
Artıq H.Abutalıbovun sərəncamı ilə əlaqədar paytaxt rayonlarının icra başçılarına müvafiq bildirişlər göndərilib ki, sərəncamın icrasına nəzarət etsinlər. Bununla bağlı hər bir rayonun ərazisindəki dayanacaqlarda avtobus gözləyən şəhər sakinlərinin məlumatlandırılması üçün xəbərdarlıq mətnləri vurulur.