
Mehtər əcdadın şah oğlu?
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
İran rejimi ölkədə onlarla milyon türkün ana dildə təhsil almasına qadağa qoyduğu halda, fars dilini yüksək məbləğdə vəsait hesabına ölkənin daxilində və digər öklərdə təbliğ etməkdədir.
Ali Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Mərkəzinin rəis müavini Fərəculla Talibi hazırda fars dilinin 37 ölkənin 56 universitetində tədris olunduğunu bildirib.
O bu barədə iyulun 18-də xaricdəki iranlı öyrəncilər və müəllimlərin Məşhəd şəhərində keçirdiyi iclasda danışıb.
«Son illərdə dünya universitetlərində fars dili və ədəbiyyatını tədris etmək üçün 41 müəllim xaric ölkələrə göndərilib. Hazırda Fransa, Slovakiya, Polşa (Ləhistan), Bosniya, Runıniya, Almaniya, Bolqarıstan, Rusiya, Belarus, Gürcüstan və daha bir neçə Asiya və Afrika ölkələrində fars dili tədris olunur», - deyə o bildirib.
Müəllimlərin daha çox Avropa ölkələrinə göndərildiyini deyən F.Talibi fars dilinin müxtəlif ölkələrdə yayılmasına səy göstərildiyini deyib.
O xarici öyrəncilərin İran universitetlərinə qəbul olunması üçün fars dili və ədəbiyyatı üzrə test imtahanlarının hazırlandığını da diqqətə çatdırıb. «Gələcək aylarda müxtəlif ölkələrdə ilk dəfə olaraq fars dili və ədəbiyyatı üzrə test imtahanları keçiriləcək, bunun üçün artıq hazırlıq işləri başlayıb və gələcəkdə daha da təkmilləşdiriləcək. Bu imtahanlar xarici öyrəncilərin İran universitetlərinə qəbulunda əsas meyar olacaq. Ali Təhsil Nazirliyinin təsdiqlədiyi test imtahanları ildə 2- 3 dəfə keçirilə bilər», - deyə F.Talibi əlavə edib.
Bununla yanaşı İranın daxilində də fars dilinin inkişafı və ölkədə yaşayan digər millətlər, xüsusi ilə də türklərin ana dilinin məhvi istiqamətində ciddi səy göstərilir. Hər il Həddad Adilin başçılığı ilə fəaliyyət göstərən Fars Dili və Ədəbiyyatı Mədəniyyət Evi və Sədi Fondunun öz fəaliyyətini genişləndirməsi üçün imkanları artırılır.
Son məlumata görə, bu il Fars Dili və Əədbiyyatı Mədəniyyət Evinə 17 milyard 101 milyon tümən məbləğində büdcə ayrılması təklif olunub. Bu, ötən illə müqayisədə 15.86 faiz artım göstərir. Ötən il 7 milyard tümən vəsaitlə təmin olunan Sədi Fonduna isə bu il 10 milyard 600 milyon tümən təklif olunub.
Fars irqçiliyinin yuvaları kimi tanınan hər iki qurumun büdcə vəsaitinin artırılması təbii olaraq Azərbaycan Milli Hərəkat fəallarının diqqətindən qaçmır, ona qarşı etiraz edilir.
Hədda Adil isə rəhbərlik etdiyi qurumlara ayrılan büdcə vəsaitinin az olmasından dəfələrlə şikayətlənib.
Fars dilinin inkişafı üçün bu qədər vəsaitin xərcləndiyi İranda, əhalinin böyük əksəriyyəti qeyri-fars millətlər, xüsusi ilə də Azərbaycan türkləri təşkil edir. Onlarla milyon tükün ana dili nəinki dövlət dəstəyindən məhrumdur, hətta dövlət zərbəsi ilə üz-üzədir. Hazırda İranda öz şəxsi vəsaiti hesabına türk dilinin inkişafı üçün çalışan və ana dildə təhsil tələb edən çox sayda Azərbaycan Milli Hərəkat fəalı məhkəmə qərarı ilə zindanlarda məhbus həyatı yaşamaqda, ailələri isə təhlükəsizlik qüvvələrinin təzyiq və təhdidlərinə məruz qalmaqdadır.