vaxtlı-vaxtında oxuyun! Cümə, 4 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
SƏHİYYƏ, ORDU  
Əjdaha kimi «DANA» 16:13 | 18 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 2357 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əjdaha kimi «DANA»

Azərbaycan Çexiyadan yeni artilleriya qurğusu aldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Çexiyadan yeni artilleriya qurğusu alıb. «Trend»in məlumata görə, Çexiya istehsalı olan «DANA» özüyeriyən artilleriya qurğusu Azərbaycana yeni gətirilib və sentyabrın 18-dən müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə keçirilən genişmiqyaslı təlimlərə cəlb edilib.

Faktı sayta Müdafiə Nazirliyindən təsdiq ediblər.

Qeyd edək ki, sentyabrın 22-dək keçiriləcək təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.