
QMİ yuxudan ayıldı
Qafqaz Müsəlmanları İdarəsi İranın təhdidlərinə cavab verən bəyanat yaydı
Qafqaz Müsəlmanları İdarəsi İranın təhdidlərinə cavab verən bəyanat yaydı
Şuşadan Eçmiədzinə çağırış: “Nifrət son qoyun”
Komitə sədri detalları açıqladı: “Çalışırıq ki, şagirdlərə yanlış fikir çatdırılmasın”
Şeyxdən etiraf: “Azərbaycanda saxta molla problemi var”
Həcc ziyarətində müqavilədə bəzi şərtlər...
... Yaxud Ermənistanın gözdən pərdə asmağı, bəs nəticə?
QMİ: «Elə insan var ki, Həccə getdiyini gizli saxlayır»
Qafqazın ilk şeyxi kim olub?
Onun da öz üsulları var ...
Allahşükür Paşazadənin qudası məlumatı təsdiqlədi
Hacı Allahşükür Paşazadənin oğlunun ölkədən getməsini Hacı Qalib təsdiqlədi
Allahşükür Paşazadə Ağdam axunduna: ««Qasım otağı»nın üstündə deşik olmasın»
...Rusiya Qareginlə Paşazadəni niyə görüşdürür...
Harvi qasırğası Luiziyana ştatına istiqamət götürüb
Deputat Cavanşir Paşazadə qardaşının varisi məsələsi ilə bağlı dediyi sözü dandı
BİU-da tələbə qəbulunda da artım var
«Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin bugünkü bəyanatında sələfilik cərəyanının təbliğinin təhlükə törətməsi haqqında deyilənlər anlaşılan deyil». Bunu modern.az saytına açıqlamasında «Əbu Bəkr» məscidinin imamı, sələfilərin rəhbəri Hacı Qamət Süleymanov QMİ-nin bəyanatına münasibət bildirərkən deyib.
«Başa düşmürəm, sələfilərin adı niyə çəkilib? Bəyanatla tam tanış olmadığımdan başqa bir söz deyə bilmərəm» - deyə Q. Süleymanov vurğulayıb.
Onun sözlərinə görə, QMİ-nin qeyd etdiyi
təkfirçiliyə qarşı mübarizəni isə dəstəkləyir.
«Qaldı gəncləri radikal dini ideyalarla cəlb edib, onların yoldan
çıxarılmasına, Qafqaz Müsəlmanları İdarəsindən qabaq mən bəyanatlar
vermişəm» - deyən Q.Süleymanov vurğulayıb ki, Azərbaycan vətəndaşlarının Suriyaya
gedərək, döyüşməsinin yolverilməzliyi barədə də ətraflı məlumatlar verib.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası son vaxtlar İslamda cihad və şəhadət kimi müqəddəs məqamlardan sui-istifadə hallarının, o cümlədən ictimaiyyətin bəzi dairələrində bu mövzuda yer alan qərəzli mülahizələrin cəmiyyətin dindar təbəqəsini narahat etməsini nəzərə alaraq fətva verib. Fətvada Azərbaycanda xəvaricilik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənlərdən söz açılıb. «Dövlətimizin "Dini etiqad azadlığı haqqında" Qanununa zidd hərəkətlərə yol verən şəxslərin həm müqəddəs dinimizə, həm də xalqımızın, dövlətimizin mənafe və maraqlarına xələl gətirən hərəkətlərini qətiyyətlə qınayırıq» - deyə bəyanatda vurğulanıb.