21:07 | 3 yanvar 2013 | Cümə axşamı
Məqaləyə 2167 dəfə baxılıb
Şriftin ölçüsü
Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafina Dövlət Dəstəyi Fonduna (KİVDF) saxta sənədlər təqdim edən qəzetlər 3 il müddətinə bu qurumun layihələrindən kənarda qalacaqlar. Trend-in məlumatına görə, bunu KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qəzetlərin baş redaktorlarının iştirakı ilə bu gün keçirdiyi iclasda deyib.
"Hər hansı qəzet bizi aldatmağa cəhd edərsə, bizə saxta sənədlər verərsə, o, 3 il bizim layihələrimizdən kənarda qalacaq. Biz bu məsələni qaydalarımıza daxil edəcəyik", - Səfərli bildirib.
