

Qəzetimizin ötən saylarında xəbər vermişdik ki, son günlər hökumət mediasında ilginc proseslər baş verir. Buna misal kimi «Paritet» qəzetinin və azadinform.az saytının öz fəaliyyətini müvəqqəti dayandırmasını yazmışdıq.
Azadinform.az saytının redaktoru Niyaz Niftiyev isə «Yeni Müsavat»a açıqlamasında dedi ki, sayt öz fəaliyyətini dayandırmayıb. Sadəcə, kollektivdə dəyişiklik olub: «Bütün agentliklər və qəzetlərdə olduğu kimi gedib-gələnlər olub. Bizdə də gedənlər də olub, gələnlər də. İnformasiya agentliyinin saytı hər gün səhər 9-dan gecə 12-yə qədər yenilənir, işləyir».