
«Səbirli olun!»
«Onu cəzalandırmaq üçün hökumət var»
«Onu cəzalandırmaq üçün hökumət var»
«Əbu Bəkir» rəhbərindən qayını və yeznəsinin də ondan uzaqlaşıb
Şeyxlə komitə sədrini üz-üzə qoyan ittihamlar...
«Bu sözü deyən adam sübut etməsə özünə problem yaradacaq, mən bilirəm nə edəcəyəm»
Qamət Süleymanovdan Şeyxə cavab: «Başa düşmürəm, sələfilərin adı niyə çəkilib?»
Qamət Süleymanovdan Şeyxə cavab: «Başa düşmürəm, sələfilərin adı niyə çəkilib?»
Qamət Süleymanovdan Şeyxə cavab: «Başa düşmürəm, sələfilərin adı niyə çəkilib?»
Bu gün yerli mətbuatda Bakı meri Hacıbala Abultalıbovun oğlu İsrafil Abutalıbovun sələfi təriqətinə mənsub olduğu və Suriyaya döyüşlərə getdiyi barədə iddialar yayılıb.
Bu iddialara azərbaycanlı sələfilərin lideri, «Əbu Bəkir» məscidinin şeyxi Hacı Qamət Süleymanov münasibət bildirib.
O, azvision.az-a açıqlamasında deyib ki, İsrafil Abutalıbovun Suriyaya getməsi xəbərinin həqiqət olduğunu düşünmür: «Yalan məlumatdır. Məncə, o elə insan olmaz».
İ.Abutalıbovla şəxsən tanışlığının olub-olmadığına gəlincə, Hacı Qamət deyib ki, onu bir neçə dəfə məsciddə görüb: «Şəxsən tanışlığım yoxdur. Bir neçə dəfə İlahiyyat məscidində görüb salamlaşmışam. Kim olursa-olsun, mənim camaatla yaxından tanışlığım yoxdur».
Hacı Qamət vurğulayıb ki, namaz qılmaq hamının borcudur: «Biz qeyri-adi bir şey deyilik, sələfilərik. Amma namaz qılmaq hamının borcudur. Onun dəqiq hansı təriqətin üzvü olduğunu bilmirəm. Amma müsəlman kimi namaz qılır, burada nə var ki?!».