
Venesuelada ümumi və regional seçkilər
Müxalifətin boykot çağırışlarından sonra onlarla həbslər həyata keçirilib
Müxalifətin boykot çağırışlarından sonra onlarla həbslər həyata keçirilib
Maduro Qayanaya ərazi iddiası ilə çıxış edib
“Bütün müvafiq tərəfdaşlarla yaxşı əlaqələrə malikdir”
Argentina məhkəməsi Maduronun, Venesuela məhkəməsi isə Xavyer Melin həbsinə order verib
6 əcnəbi həbs olundu
Kolumbiya prezidenti Petro milyarderi nasist tərəfdarı adlandırıb
Venesuelada müxalifətin prezidentliyə namizədi İspaniyadan sığınacaq istəyib
Nikolas Maduro Milad bayramının tarixini dəyişir
Maduro: “Bu adam qanunu və heç nəyi tanımadığını deyir”
ABŞ Venesuela prezidentinin uçağını ələ keçirib
AB Venesuela prezidentinin demokratik legitimliyini tanımır
Jurnalistlər şəxsiyyətlərini gizlətmək üçün çarəni virtual reportyorlar yaratmaqda tapıb
“Xalqın özünüidarəsi ilə daha da təsirli olacaq”
Venesuelada müxalifətdən prezidentliyə namizəd prokurorlara ifadə verməkdən imtina edir
Prokurorluq Venesuela müxalifətinin liderinə qarşı cinayət işi açır
Müxalifətin namizədi venesuelalıları birliyə çağırır
Venesuelada rejim tarixə qovuşmaq ərəfəsindədir. Hakimiyyətin dəyişməsi ehtimalından ən çox məyus olan ölkələrdən biri, bəlkə də birincisi Rusiyadır. Elə son olaylardan sonra Nikolas Maduroya dəstək verən azsaylı dünya liderlərindən biri Vladimir Putin oldu. Maduro ilə telefon söhbətində Putin Venesuelanın qanuni hakimiyyətinə dəstəyini ifadə etdi. Və bildirdi ki, ölkəyə xarici destruktiv müdaxilələri beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirir.
Bununla yanaşı, Rusiya Xarici İşlər Nazirliyi sərt bəyanat yayaraq Moskvanın Maduronun yanında olduğunu bir daha nümayiş etdirdi. Bəyanatda bildirilirdi ki, Venesuelanın qanuni hökumətinin ekstremist ruhlu əleyhdarları Nikolas Maduronu devirməyə, onu fiziki olaraq aradan götürməyə cəhd göstəriblər. Bu baş tutmadıqda isə qarşıdurma ssenarisinə əl atıblar. Son olayları qanlı tayfa davaları adlandıran Rusiya XİN ABŞ və regiondakı bəzi dövlətlərin Xuan Quaydonu yeni rəhbər kimi tanımasını Venesuela cəmiyyətində parçalanmanı daha da dərinləşdirəcəyini bəyan etmişdi.
Rusiyanın Maduro iqtidarını yaxından dəstəkləməsi və onun dəyişməsini qəti şəkildə istəməməsi təbii olaraq bəzi suallar yaradır – Putinin bu canfəşanlığının səbəbi nədir? Çoxillik müttəfiqini itirməsi Kreml üçün hansı itkilərlə nəticələnə bilər?
Almaniyanın nüfuzlu media orqanı “Deutsche Welle” öz təhlilində bu suallara aydınlıq gətirməyə çalışıb:
“İlk ağıla Moskvanın Karakasa ayırdığı milyard dollarlıq kreditlər gəlir. Bu vəsaitlər “Rosneft” vasitəsilə Venesuelada neft istehsalına yönəldilib. Bu aktivlərin mümkün zərərləri Rusiya KİV-ləri tərəfindən dəyərləndirilib. Lakin Rusiyanın iqtisadi maraqlarına ən ciddi zərbənin başqa olduğu hesab edilir.
Venesuela neft ehtiyatlarının həcminə görə dünya birincisidir. Bu sahədə Səudiyyəni də geridə qoyub. O da məlumdur ki, Uqo Çavesin və onun xələfi Maduronun hakimiyyəti dövründə Venesuelada neft sənayesi uğursuzluğa düçar oldu. Geriləmə o qədər ciddi idi ki, Venesuela neft tədarükçüsü kimi dünya bazarında önəmli yer tutmaqdan məhrum oldu.
Bu səbəbdəndir ki, OPEK ötən ilin dekabrında Rusiya və təşkilata daxil olmayan ölkələrlə neft hasilatını azaltmaq barədə razılaşanda üç ölkəni istisna etdi – Venesuela, İran və Liviya.
Başqa sözlə, neftin qiymətini stabil saxlamaq üçün digər ölkələrin cəhdlərinə baxmayaraq, Venesuelaya bacardığı qədər neft ixrac etmək icazəsi verildi.
İndi ehtimal edək ki, Maduro rejiminin çökməsindən sonra yeni hökumət milli neft sənayesini bazar relslərinə qaytardı və sosialistlərin dövründə ölkədən qovulan Qərb, xüsusən də ABŞ energetika şirkətləri yenidən Venesuelaya qayıtdı. Bunun nə ilə nəticələnəcəyini bilmək çətin deyil – istehsal və ixracat artacaq. Bu da öz növbəsində dünya bazarında onsuz da çox olan neft tədarükünü artıracaq.
OPEK + nə qədər çalışsa da, Birləşmiş Ştatlarda şist inqilabı davam edəcək. Ona görə də Karakasın sosializm kursundan mümkün uzaqlaşmasının Rusiya üçün əsas iqtisadi təhlükəsi Venesuela kimi nəhəng oyunçunun dünya bazarına qayıtması və nəticədə neft qiymətlərinin nəzərəçarpacaq səviyyədə ucuzlaşmasıdır.
Əlbəttə, Venesuelada neft sənayesinin uzun fasilədən sonra ayağa qalxması zaman alacaq. Amma nəzərə almaq lazımdır ki, birjadakı oyunçular üçün gələcəkdəki göstəricilər daha çox vacibdir. Beləliklə, Venesuelada hakimiyyət dəyişikliyi baş verəndən və yeni rəhbərliyin proqram bəyanatlarından sonra ən qısa zamanda neft qiymətlərində enmə ola bilər.
Venesuela kimi nəhəngin bazara qayıtması və bunun nəticəsi kimi, dünya birjalarında neft qiymətlərinin enməsi fonunda Rusiya üçün Venesuelaya yatırdığı təqribən 17 milyard dolları itirmək təhlükəsi yaranır.
“Rosneft” Venesuelanın dövlət neft-qaz şirkəti olan “Petroleos de Venezuela SA”da 5 layihənin iştirakçısıdır. Rusiya dövlət konserni bu layihələrdə 25-40 faizlik paya sahibdir. Bu aktivləri itirmək təhlükəsi nə dərəcədə böyükdür?
Maduronun devriləcəyi təqdirdə, yeni hakimiyyətin sosializm yolu ilə gedəcəyi şübhə doğurur. Venesuelada neft sənayesinin stabilləşməsi və səmərəliliyinin artması “Rosneft”in məlum layihələrdən gəlirlərini daha da artıra bilər. Amma məsələ ondadır ki, yeni hökumət Maduro rejimini açıq şəkildə dəstəkləyən sərmayəçidən (Rusiyadan) qurtulmaq istəyə bilər. Böyük ehtimalla, bu halda da kapital qoyuluşu tamamən itirilməyəcək. Sadəcə məcburi pay satışından müəyyən itkilər olacaq.
2017-ci ildə məlumat verilmişdi ki, “Rosneft” Venesuelaya 6 milyard dollarlıq kredit ayırıb. Nəzərə alsaq ki, kreditin müddəti 2019-cu ildə başa çatır, demək, “Rosneft”in itkiləri faciəvi olmayacaq.
Əsas problem Moskvanın Karakasa silah alışı üçün ayırdığı kreditlərlə bağlıdır. Rusiya KİV-lərinin yazıdığına görə, son 20 ildə bu sahədə əldə olunan razılaşmaların dəyəri təqribən 11 milyard dollardır. Bu məbləğin nə qədərinin geri qaytarıldığı barədə bilgi yoxdur. Qələbə qazanacağı təqdirdə, yeni hökumətin bu kreditləri qaytarmağa davam edib-etməyəcəyi məlum deyil.
Beləliklə, Maduro rejiminin devriləcəyi və yeni hökumətlə münasibətlərin kəskin olacağı halda, Rusiya və “Rosneft” Venesuelada təqribən 11 milyard dollar və ya bundan bir qədər də artıq vəsait itirə bilər. Amma Venesuelanın qlobal neft bazarına qayıdışı və nəticədə dünyada neft qiymətlərinin ucuzlaşması fonunda Rusiyanın itirəcəkləri bu məbləğlə müqayisə belə, oluna bilməz”.
Hazırladı: G.HÜSEYNOVA