
“Bizə qarşı 1200 raket tuşlanıb”
Venesuela: “ABŞ Karib dənizində misli görünməmiş hərbi fəallıq nümayiş etdirir”
Venesuela: “ABŞ Karib dənizində misli görünməmiş hərbi fəallıq nümayiş etdirir”
Venesueladan ABŞ-a mesaj
Maduro reaksiya verdi: “Venesuelanı heç kim aşağılaya bilməz”
Venesuelada narkotik daşınmasında istifadə edilən təyyarə zolağı tapılıb
Venesuela təkzib etdi: “Hücum videosu süni intellektlə hazırlanıb”
Venesueladan ABŞ-a xəbərdarlıq
ABŞ-ın Venesuela sahillərinə donanma göndərməkdə əsl məqsədi nədir?
“Venesuelaya girmələri üçün heç bir yol yoxdur”
Karib dənizinə bir sualtı və 7 döyüş gəmisi yola salınıb
ABŞ savaş gəmiləri Sakit Okeanda yerləşdirildi ...
Kolumbiya Prezidenti ABŞ-ın Maduro iddiasını yalanladı
ABŞ donanması Venesuela açıq sularına üç nəhəng döyüş gəmisi göndərdi
Müxalifətin boykot çağırışlarından sonra onlarla həbslər həyata keçirilib
Maduro Qayanaya ərazi iddiası ilə çıxış edib
Argentina məhkəməsi Maduronun, Venesuela məhkəməsi isə Xavyer Melin həbsinə order verib
6 əcnəbi həbs olundu
ABŞ-ın ölkəyə tətbiq etdiyi sanksiyalar üzündən Venesuela neft ixracı ilə bağlı böyük çətinliklərlə üz-üzə qalıb.
“The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, Venesuelanın neft sahəsi həmkarlar ittifaqının lideri Luis Ernandes vəziyyəti faciə kimi qiymətləndirib. Onun sözlərinə görə, yerli PDVSA dövlət neft şirkətinin hasil edilən neftin xarici ölkələrə ixracı üçün imkanı və üsulları qalmayıb.
İxracla bağlı problemlərin bir neçə səbəbi var. Əsas səbəb ABŞ-ın sanksiyalarıdır. Yanvar ayında müxalifətin lideri və parlamentin spikeri Xuan Quaydo özünü müvəqqəti prezident elan edəndən sonra Venesuela neftinin əsas alıcısı olan ABŞ bütün ödənişləri onun qərargahının hesabına keçirir.
Belə olan halda PDVSA nefti anbarlara yığır. Bundan başqa, şirkətdə ixtisaslı kadr çatışmazlığı var: ölkədə böhran başlayandan sonra əməkdaşlar qazanc dalınca xaricə üz tutublar.
Daha bir çətinlik ağır Venesuela neftinə qarışdırmaq üçün yüngül neft alışının qeyri-mümkünlüyüdür. Ödənişlər ləngidiyi üçün yüngül neft satıcıları Karakasla əməkdaşlıqdan imtina edirlər.
Yanvar ayının sonunda ABŞ Venesuelaya qarşı sanksiyalar tətbiq edib. PDVSA-nın ixracatdan əldə edilən vəsaitin toplandığı xarici hesabları bağlanıb, onun Amerikadakı “Citgo” törəmə şirkətinin işi isə qadağan edilib. Bu qadağa yalnız o zaman aradan götürülə bilər ki, “Citgo”nun gəlirləri bağlı hesablarda toplansın. Qeyd edək ki, bağlı hesabların bir hissəsinin idarəolunması ABŞ tərəfindən müxalifətin lideri Quaydoya verilib.