Öz kökü üstündə bitən ot
Ramiz Mehdiyevin atası da vətənə xəyanətdə şübhəli bilinirmiş
21:10 | 28 fevral 2014 | Cümə
Məqaləyə 3067 dəfə baxılıb
Şriftin ölçüsü
Ramiz Mehdiyevin atası da vətənə xəyanətdə şübhəli bilinirmiş
“Boz kardinal”a sitayiş edənlərin siyahısı
Prezident Ramiz Mehdiyevi yüksək qurumdan çıxardı
Ramiz Mehdiyevin ailə üzvlərinə məhdudiyyət qoyulub
Ramiz Mehdiyev ev həbsini məşhur “təxribat villası”nda çəkmirmiş
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub; cinayət işinin detalları
Qaldı “Yastı Salman”larla, “Lal Hüseynlər”
“Boz kardinal”ın daxildəki “Ohanyan xətti” necə darmadaöın edildi
Kommunist qafalıların müstəqilliyə patoloji nifrətləri olur
Hektarlarla torpaq, onlarla şirkət, yüzlərlə ev-mülk
Özünü “sürgündə olan Napoleon kimi” hiss edən Mehdiyev missiyasından əl çəkmədi
Ramiz Mehdiyev barəsində seçilən qərar barədə vəkil açıqlaması
Ramiz Mehdiyev YAP-dan çıxarılacaq
İqtidar və müxalifət eyni fikirdədir
YAP-dan Əli İnsanova sərt reaksiya
Əli Əhmədov qurultaya qatılacaq
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bəzi millət vəkillərinin və rəsmi şəxslərin adlarının nurçuluqda hallanması məsələsinə münasibət bildirib.
YAP-çı deputat M.Qurbanlı Publika.Az-a açıqlamasında deyib: «Mən Milli Məclisdə təmsil olunan deputatların siyasi mənsubiyyətini bilirəm. Onların arasında partiyalarda təmsil olunan və müstəqil deputatlar var. O ki qaldı nurçu məsələsinə, mən əminəm ki, bunlar boş söhbətlərdir. Axı nurçu nə deməkdir?
Nurçu siyasi partiyadır, nədir? Nurçu hərəkatdır, siyasi partiyadır? Bunun bir təşkilatı və ya mərkəzi var? Nurçu necə təriqət olur? Məgər İslamda nurçu təriqəti var? İslamda təriqətlər olub və bitib. Kimsə bir söz deyirsə, o dəqiqə ona «nurçu» deyirlər. Axı nə nurçu? Bütün bunların hamısı mətbuatın yaratdığı dedi-qodulardır. Heç Türkiyənin özündə belə bilmirlər ki, nurçu nədir.
Danışırlar ki, camaat belə və sairə. Məgər Türkiyə əhalisi camaat deyil? Mən Türkiyənin özünə də baxıram, nə danışdıqlarını bilmirlər. Bir nəfər bir söz deyən kimi deyirlər ki, o adam nurçudur. Axı, başa düşə bilmirəm ki, nurçu pisdir, yoxsa yaxşı? Hələ bunu anlaya bilmirəm. Mən Milli Məclisdə təmsil olunan deputatlarımızdan hər hansı birinin xarici təsir altında olması və hər hansı ideologiyanı götürərək onun ətrafında fəaliyyət göstərməsini müşahidə etməmişəm. Bu cür əfsanə və nağılları da mətbuata çıxarmağa ehtiyac yoxdur. Hesab edirəm ki, bütün bu məsələlər ya mövzu qıtlığından irəli gəlir, ya da insanlar ciddi söhbətlər apara bilmirlər».
M.Qurbanlı «nurçu təşkilat» kimi tanınan «Çağ Öyretim İşlətmələri»nin Azərbaycandakı fəaliyyətinə də toxunub: «Kimsə gəlib maarifçiliklə məşğul olursa, ona nurçu deyirlər. Məgər məktəb açmaq qəbahətdir? Məktəb açan adam məktəb açdığı ölkənin qanunlarına uyğun tədrisi həyata keçirməlidir. Bu edilməyəndə, istənilən ölkədə həmin məktəbin qarşısı alınır. Ümumiyyətlə, İslamda da nurçu təriqəti yoxdur».